Azərbaycanlı yazıçı qəzəbləndi: “O qədər içirdi ki, küçədə yatırdı”
Bizi izləyin

Magazin1

Azərbaycanlı yazıçı qəzəbləndi: “O qədər içirdi ki, küçədə yatırdı”

Tanınmış yazıçı Vidadi Babanlı gənc yazarların həddən artıq iddialı olduqlarını dilə gətirib.

Publika.az-a açıqlama verən yazar çox vaxt onların iddiaları ilə istedadlarının üst-üstə düşmədiyini bildirib: “Bizim də dövrümüzdə özünü dahi yazar hesab edənlər çox idi, amma zamanla ələndilər və cəmi dörd-beş nəfərin adı ədəbiyyat tarixinə düşdü. Bu gün də gənclər arasında iddialıları çoxdur. Yəqin, onlar da zamanın süzgəcindən keçəcək. Hərdən eşidirəm ki, bəzi gənc yazarlar araq içməklə özlərini daha çox göstərməyə çalışırlar. Onlara elə gəlir ki, araq ilham gətirir. Əliağa Vahid də o qədər içirdi ki, küçədə yatırdı. Amma böyük şair idi, içməsəydi, daha çox yaşayıb yaradardı. Əslində Vahid ona görə içmirdi ki, təbi gəlsin, yox. O onsuz da istedadlı insan idi. Sözümün canı budur ki, yazıçı içməklə ilhama gəlmir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm