“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq
Bizi izləyin

Magazin1

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Görkəmli dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, Teatr və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrının birgə layihəsi olan “Şeyx Sənan” faciəsi hər iki teatrda Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. Əvvəlcə Bakıda, sonra isə Tbilisidə nümayiş olunacaq tamaşanın birinci hissəsi Azərbaycan dilində, ikinci hissəsi isə gürcü dilində təqdim ediləcək.

“Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə edilib və əsərin gürcü dilində olan nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm