73 yaşlı xalq artisti dar şalvar və dikdaban ayaqqabıda - FOTOLAR
Bizi izləyin

Magazin1

73 yaşlı xalq artisti dar şalvar və dikdaban ayaqqabıda - FOTOLAR

Xalq artisti Flora Kərimova bu gün ANS telekanalının qonağı olub. Publika.az xəbər verir ki, həmişə maraqlı fikirləri ilə diqqət çəkən müğənni bu dəfə geyimi ilə cəlb edib. Belə ki, xalq artisti verilişə birmənalı qarşılanmayan dar şalvarda çıxıb.

Bir çoxları ona çox yaraşan dar şalvarın onsuz da yaşını göstərməyən xalq artistini bir az da cavanlaşdırdığını, digərləri şalvarın nə qədər yaraşsa belə, Flora Kərimova adına və yaşına yaraşmadığını vurğulayıb. İkinci qrup öz fikrini şalvarın xalq artistinin aşağı ətraflarının əzalarını tam olaraq göstərdiyindən, 73 yaşlı sənətçinin adına və yaşına yaraşmadığı ilə əsaslandırıb.

Flora xanım bu yaşında sadəcə, şalvarıyla deyil, elə dikdaban ayaqqabısıyla da yaşıdlarına meydan oxumağı bacarıb.

Publika.az xalq artisti Flora Kərimovanın verilişdən fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm