Azərbaycanın ən yaraşıqlı modeli Parisdə – FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanın ən yaraşıqlı modeli Parisdə – FOTOLAR

“Best model of the world” müsabiqəsinin qalibi, azərbaycanlı model Rüstəm Cəbrayılov Fransanın paytaxtı Parisdədir. Model səfərdən fotoları sosial şəbəkədə paylaşıb. Parisin gözəlliyinə məftun qalan model Fransanın paytaxtında gecə olmağı arzulayır:

“Bir dəfə də imkan olsa, gecə gələcəyəm. Deyilənlərə görə, Paris gecə çox gözəl görünür”.

Azərbaycanın ən yaraşıqlı modellərindən biri hesab edilən Rüstəm Cəbrayılovun Fransaya hansı məqsədlə getməsi bilinmir. Publika.az xəbər verir ki, model hələlik bu haqda danışmaqdan imtina edir. Lakin nəzərə alsaq ki, Paris dəb mərkəzlərindən biridir, çox güman ki, səfər işgüzar məqsəd daşıyır.

Xatırladaq ki, Rüstəm müqavilə əsasında 5 il Amerikada model fəaliyyəti göstərib. Bu ildən Türkiyədə yaşayacağı barədə xəbər vermişdi.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm