Rafael Ağayev həmkarının yalanını üzə çıxartdı
Bizi izləyin

Magazin1

Rafael Ağayev həmkarının yalanını üzə çıxartdı

İlk Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Rafael Ağayev ilə bürünc medal sahibi Niyazi Əliyevin dialoqu “Əsl şou” verilişində gülüşə səbəb olub. Rafaelin Niyazinin yalanını ortaya çıxarması aparıcıları da güldürüb.

Səidə Sultanın “yəqin ətrafınızda qızlar qan edər” deməsi Niyazi Əliyevin etirazı ilə qarşılanıb.

”Ətrafımızda qızlar yoxdur. Fanatlar ola bilər. Onlara da təşəkkür edirik”.

Niyazinin yalanını isə Rafael Ağayev üzə çıxardıb.

“Mən bir az real insanam. Niyazi yalan deyir. Niyazi bütün günü “İnstagram”da yatır ki, birdən ona şəxsi mesaj qutusuna qız yazar. Ona qız yox, ancaq oğlanlar yazır”.

Sonradan Rafael bunun zarafat olduğunu bildirib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm