Magazin1
Fikrət Əmirovun oğlundan onu hədələyən İlhaməyə: “Havalanıb, özünü həkimə göstərsin” - VİDEO - QARŞIDURMA
Fikrət Əmirovun “Neyləmişəm” mahnısı üstündə dava səngimək bilmir.
Mahnının müəllifi Fikrət Əmirovun oğlu Cəmil Əmirovun Publika.az-a açıqlama verərək mahnıların İlhamə Quliyevaya heç bir adiyyəti olmadığını bildirməsi primadonnanı özündən çıxarıb.
Hazırda Avropada dincələn İ.Quliyeva ölkə.az-a açıqlama verərək Cəmil Əmirova ultimatum göndərib: “Əsərin hüquqları kimdə olur olsun, mənim səsim üçün yazılıb. Mən heç vaxt buna icazə verməyəcəyəm. Cəmilin də hüququ çatmır. O yox, atası yazıb və mənim mülkiyyətimdir. Dünya dağılsa da, verməyəcəyəm. Heç kəsin buynuzu gicişməsin”.
Ultimatumdan əsəbiləşən Cəmil Əmirov bununla bağlı Publika.az-a açıqlama verib:
“Bu qadın havalanıb, getsin özünü həkimə göstərsin. Nə danışdığını özü də bilmir. Nəinki bu mahnını, atamın bütün əsərlərini təkcə Brilliant Dadaşova yox, istənilən müğənni oxuya bilər. Fikrət Əmirovun varisi kimi mən buna icazə verirəm. Dəxli yoxdur. Müəllif Hüquqları Agentliyi bununla bağlı danışacaq, ya susacaq, özləri bilər. Brilliant da bu mahnını oxuyub, əcəb eləyib. Bu, gülməli söhbətdir. Gülməli də yox e, analoqu olmayan dəlixana söhbəti”.
Cəmil Əmirov baş verənlərdən sonra İlhamə Quliyeva ilə məsələni öz aralarında həll edəcəkmi?
C.Əmirov bunun mümkünsüz olduğun bildirib: ”O kimdir axı, mən ona zəng edib, nəyəsə aydınlıq gətirim. Heç onun da mənə zəng etməsinə icazə vermirəm. Heç vaxt onunla bu mövzuda danışmayacağam. Bir də bu məsələ ilə bağlı məni heç kim narahat etməsin. Həqiqəti söylədim, əlavə heç bir kəlməyə də ehtiyac duymuram”.
Cəvahir
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO