Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə hazırlaşır
Bizi izləyin

Magazin1

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə hazırlaşır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ulyam Şeksprin "Romeo və Cülyetta" tamaşası təqdim edilib.

Teatrdan Publika.az-a verilən məlumata görə, xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada rolları əməkdar artistlər Şövqi Hüseynov, Nəsibə Eldarova, Nofəl Vəliyev, Nicat Kazımov, aktyorlar Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Mehriban Abdullayeva ifa ediblər.

Teatrın yaradıcı kollektivi gələn aydan qərb bölgəsində qastrol səfərdə olacaq. Səfər çərçivəsində M.F.Axundzadənin "Xırs Quldurbasan" komediyasını ilə yanaşı, iki tamaşanı teatrsevərlərə hədiyə edəcək kollektiv, mövsümə iyulun birinci ongünlüyündə yekun vuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm