Elnur Hüseynov sərxoş oldu: “Çəkməyin məni!” - FOTOLAR
Bizi izləyin

Magazin1

Elnur Hüseynov sərxoş oldu: “Çəkməyin məni!” - FOTOLAR

Bu il Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynov Türkiyədə sərxoş halda görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Sənəm Kuyucuoğlu ilə birlikdə Cihangirdəki barlardan birinə gedən müğənni burada spirtli içki içib. Cütlük onları çəkən jurnalistləri görən kimi söyüş söyməyə başlayıb. Elnurla Sənəmin bu hərəkəti müştəriləri narahat etdiyi üçün məkan sahibi tərəfindən bardan qovulublar. Küçəyə çıxan cütlük qəhqəhə çəkərək yeriməyə başlayıb. Elnur Hüseynov jurnalistlərə “sərxoşam, çəkməyin məni!” deyib.

Qeyd edək ki, model Sənəm Kuyucuoğlu narkotik maddə aludəçisi olduğu üçün çətin günlər yaşayıb. Modelin indi də spirtli içki aludəçiliyindən əziyyət çəkdiyi deyilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm