70 yaşlı Amaliya Pənahovadan ETİRAF: “O, mənim sevgim olub”
Bizi izləyin

Magazin1

70 yaşlı Amaliya Pənahovadan ETİRAF: “O, mənim sevgim olub”

70 illik yubileyini qeyd edən xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova yaradıcılıq yeniliklərindən danışıb.

Publika.az-a açıqlama verən xalq artisti yaxın zamanlarda yeni filmlərə çəkiləcəyini bildirib: “Hər kəs bilir ki, mən vaxtilə peşəkar rejissorların ekranlaşdırdığı gözəl filmlərə çəkilmişəm. Həmin filmlər milli kinomuzun misilsiz nümunələridir. Kino mənim sevgim olub, ancaq müəyyən vaxtdır ki, kinoya çəkilmirəm. Bu, sevənlərimi də narahat edir. Məndən niyə filmlərə çəkilməməyimin səbəbini soruşurlar. Fasilə yaxın vaxtlarda bitəcək. Məni yeni filmlərdə görəcəksiniz”.

Xalq artisti həm teatrda, həm də kinoda yeni rollar oynayacağını bildirib.

Qeyd edək ki, Amaliya Pənahova “Arxadan vurulan zərbə”, “Babək”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Cavadxan”, “Dədə Qorqud” və digər filmlərdə yaddaqalan rollar yaradıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm