Dünyanın ən məşhur milyarderi haqqında inanılmaz faktlar – FOTOLAR
Bizi izləyin

Magazin2

Dünyanın ən məşhur milyarderi haqqında inanılmaz faktlar – FOTOLAR

Dünyanın məşhur milyarderlərindən olan Donald Tramp şahzadə Diananı sevib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gizli qalan bu sevgi barədə britaniyalı jurnalist Skott Selina köşə yazıb.

Skottun sözlərinə görə, Diana ilə şahzadə Çarlz boşanandan sonra ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Dianaya diqqətini artırıb:

“Tramp istəyirdi ki, Diana onun həyat yoldaşı olsun. Onun qəlbini ovsunlamaq üçün Kensinqton sarayını səhləb və böyük qızılgül dəstələri ilə doldururdu. Diana bir dəfə mənə Trampın çox zəhlətökən olduğunu dedi. Onun göndərdiyi gülləri nə edəcəyi ilə bağlı məsləhət istədi. Mən onları atmağı məsləhət gördüm, o isə cavabında güldü”.

Jurnalist öz yazısında milyarderin Diananın ölümündən çox təsirləndiyini yazıb. Qeyd edib ki, milyarder öz dostlarına şahzadənin ölüm xəbərinidən sarsıldığını söyləyib. Milyarder deyib ki, Diana ilə onlar birlikdə çox xoşbəxt ola bilərdilər.

Donald Trampın nümayəndəsi Skottun bu məqaləsinə reaksiya verərək deyib ki, biznesmen Dianaya qarşı hər zaman xüsusi hörmət və ehtiramla yanaşıb: “Gözəl münasibətləri var idi, amma heç nə alınmadı”.

Xatırladaq ki, Diana 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında ölüb. Qəzanın səbəbləri ilə bağlı çoxsaylı versiyalara baxmayaraq, əsl səbəb hələ məlum deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm