Kişilərin çoxu onunla bağlı xəyallara dalır... – FOTOLAR
Bizi izləyin

Magazin2

Kişilərin çoxu onunla bağlı xəyallara dalır... – FOTOLAR

Kişilərin çoxu onun haqqında xəyallara dalır... – FOTOLAR

Yer kürəsi hər ötən il bir az da “qocalır”. Demi Mur isə əksinə, hər il daha təravətli görünür, gündən-günə gözəlləşir. Düzdür o, qırmızı xalı mərasimlərində, filmlərdə və ekranlarda çox az görünür. Buna baxmayaraq, hər çıxışı ilə onu sevənlərdə, xüsusən də, kişilərdə heyrət doğura bilir.

Publika.az xəbər verir ki, aktrisa bu yaxınlarda “Salvatore Ferragamo” moda evinin təşkil etdiyi gecədə iştirak edib. Tədbirdə Demi olduqca cəlbedici və olduğundan cavan görünüb. Görənləri heyrətə salan bu gözəlin həmin tədbirdə çəkilən şəkilləri bizi də onun həyatı haqqında maraqlı məlumatları və illər ərzində çəkilmiş fotolarını toplamaq həvəsi yaradıb.

Məktəbdən qaçıb model biznesinə girişdi

Beləliklə, Demi Mur Amerikada, Rozuell şəhərində anadan olub. Uşaqlığı elə də yaxşı keçməyib. Belə ki, atası evə tez-tez sərxoş gəldiyindən ailədəki söz-söhbətlər, vaxtaşırı evlərini dəyişmək məcburiyyətində qalmaları onun həyatına təsirsiz ötüşməyib. Belə bir şəraitdə ali təhsil almaması, hətta məktəbi belə bitirmək istəməməsi yəqin ki, heç kim üçün təəccüblü deyil.16 yaşında təhsilini atıb model biznesinə, oradan da kino sahəsinə atılıb.

Onu xəyallarında yaşadan kişilərin sayı artdıqca Demi varlanırdı

Demi ilk rolunu 1981-ci ildə "Seçkilər" filmində oynaıb. Amma bu film ona şöhrət gətirməyib. Aktrisaya böyük uğuru "Kabus", "Həyasız təklifi" və əlbəttə ki, "Striptiz" filmi gətirib. Bu filmlərdən sonra dünyadakı kişilərin yarısı Mur haqqında xəyallara dalır, aktrisa isə Hollivudun ən çox qazananlarından birinə çevrilirdi.

Təəssüf ki, aktrisanın uğurları çox davam etməyib. Kommersiya cəhətdən uğursuz filmlər silsiləsindən sonra Demi Mur az-az görünüb.

Onun 3 böyük sevgisi

Demi Mur həyatında üç böyük sevgi yaşayıb. O, birinci dəfə rok-musiqi ifaçısı Freddi Mura ərə gedib. Hazırda daşıdığı soyadını da ondan alıb. Amma nikahının ömrü cəmi beş il davam edib. Demi Murun ikinci həyat yoldaşı Brüs Uillis olub. Bu nikahdan Murun 3 qızı var. Təəssüf ki, bu nikah da 13 ildən sonra ayrılıqla nəticələnib. Demi Murun 3-cü cəhdi də uğursuz olub. Özündən 15 yaş gənc və yaraşıqlı Eşton Katçerlə evliliyi də ayrılıqla başa çatıb.

Hazırda aktrisa subaydır.

İndi, sadəcə, gözəl olduğu üçün sevilir

Filmlərində və nikahlarında uğursuzluqlara mübtəla olan aktrisanın pərəstişkarları hələ də onunla maraqlanır. Bəlkə də elə bu diqqət və maraqdır ki, 52 yaşlı aktrisaya 40-dan artıq yaş vermək mümkün deyil.

Demi özünü əla formada saxlayır və həmişə dəbli görünür. Yeri gəlmişkən, qeyd edək ki, aktrisa gəncliyini qorumaq üçün yoqa və pilateslə məşğul olur. Eyni zamanda sağlam qidalanmağa çalışır.

Deyilənə görə, dərsinin gözəlliyini suya və yaşıl çaya borcludur. SPF tərkibli günəşdən qoruyucu kremlər çəkmədən havaya çıxmır.

Aktrisa saçı ilə də bir neçə dəfə eksperiment aparıb. Belə ki, Demi filmlərdəki rolu üçün əvvəlcə 1990-ci ildə saçlarını kəsdirib, sonra 1996-ci ildə isə keçəl olub. Bundan sonra aktrisa saçları ilə eksperimentlərini dayandıraraq gözəlliyi kimi, saçlarının da qayğısına qalıb. Artıq xeyli vaxtdır ki, uzun saç stilinə sadiqdir.

Demi cavan qalmaq üçün cərrah masasına da uzanıb. Ancaq bu barədə heç vaxt danışmayıb. Deyilənlərə görə, 52 yaşlı aktrisa sinəsini böyütmək, qırışlarını yox etmək üçün bir neçə dəfə estetik müdaxilələr etdirib. Murun gizlətmədiyi yeganə əməliyyat çəpgözlüyü ilə bağlı olandır.

Aytən

1986

1986

1990

1990

1992

1992

1995

1995

1996

1996

1999

1999

2003

2003

2007

2007

2008

2008

2009

2009

2010

2010

2011

2011

2013

2013

2014

2014

2015

2015

1987-1989

1987-1989

1992-1996

1992-1996

1996-1997

1996-1997

1998-2001

1998-2001

2002-20032002-2003

2004-20052004-2005

2006-20072006-2007

2008-20092008-2009

2010-20112010-2011

2012-2013

2012-2013

2014-20152014-2015

Oxumağa davam et
Reklam
Reklam

Gündəm