Vəfat edən aktrisa oğluna nə miras qoydu?
Bizi izləyin

Magazin2

Vəfat edən aktrisa oğluna nə miras qoydu?

Vəfat edən türkiyəli aktrisa Oya Aydoğan bütün sərvətini oğluna miras qoyub.

Publika.az xəbər verir ki, aktrisadan oğluna ev və onlarla dəyərli, əntiq əşya qalıb.

Aktrisa bu yaxınlarda verdiyi müsahibələrin birində “30 illik aktrisayam, Yeşilçamdan qazandıqlarımla sadəcə Ulusdakı evi ala bilmişəm”, – demişdi.

Lakin onun heç də az mal-mülk sahibi olmadığı üzə çıxıb. Sən demə, Oya Aydoğan əntiq əşyaları çox sevirmiş və kolleksiyası üçün minlərlə dollar xərcləyibmiş.

Aydoğan sabah Ulus qəbiristanlığında dəfn ediləcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm