Məşhur cütlüyün oğlu oldu – FOTO
Bizi izləyin

Magazin2

Məşhur cütlüyün oğlu oldu – FOTO

Məşhur cütlüyün oğlu dünyaya gəlib.

Mila Kunislə Eşton Katçer ikinci dəfə valideynlik sevincini yaşayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əslən ukraynalı olan 33 yaşlı aktrisa ilə 38 yaşlı aktyorun çərşənbə günü oğlu dünyaya gəlib. Ulduzların rəsmi nümayəndələri bildirib ki, ana ilə körpə hazırda özünü çox yaxşı hiss edir, körpənin adı isə hələlik məlum deyil.

Xarici KİV-in yazdığına görə, Eşton oğul atası olduğu üçün çox xoşbəxtdir. Çünki o, həmişə oğlu olmasını arzulayıb. O, özü də indiyədək balaca oğlanlar kimi avtomobilləri və oyun cihazlarını sevir.

Qeyd edək ki, cütlüyün 2 yaşında bir qızı var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm