İran filmi "Oskar"la mükafatlandırıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin2

İran filmi "Oskar"la mükafatlandırıldı - (YENİLƏNDİ)

Hollivudun məşhur simaları artıq "Dolbi" teatrı qarşısındakı qırmızı xalı üzərindən keçməyə başlayıblar.

İranlı rejissor Əsgər Fərhadinin "Kommivoyajör" adlı ekran əsəri "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.

Lakin rejissor ABŞ prezidenti Donald Trampın immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üzrə fərmanına etiraz əlaməti olaraq mükafatlandırma mərasiminə gəlməyib.

İran filmi ilə yanaşı bu nominasiya uğrunda "Tanna" (Avstraliya istehsalı), "Toni Erdmann" (Almaniya), "Mənim yurdum" (Danimarka) və "Uvenin ikinci həyatı" (İsveç) mübarizə aparırdı. (report)

***

"Oskar-2017" mükafatının təntənəli təqdimetmə mərasimi başlamaq üzrədir.

Publika.az xəbər verir ki, Hollivudun məşhur simaları artıq "Dolbi" teatrı qarşısındakı qırmızı xalı üzərindən keçməyə başlayıblar.

Qeyd edək ki, bu il aktrisa Natali Portman "Oskar"a namizəd göstərilsə də, qırmızı xalı üzərinə çıxmayacaq. O, hamiləliyinin son dövrlərini yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm