Səxavətli oliqarx bütün sərvətini seksual modelin ayaqları altına sərdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Səxavətli oliqarx bütün sərvətini seksual modelin ayaqları altına sərdi - FOTOLAR

Ağlasığmaz ərməğan

Səxavətli oliqarx Aleksey Şapovalov həyat yoldaşı Kseniya Çariçinaya bahalı zinət əşyası hədiyyə edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, biznesmen gözəl həyat yoldaşının hər arzusunu dərhal yerinə yetirir, bütün pullarını onun üçün xərcləyir. Belə ki, A.Şapovalov evliliklərinin beşinci ildönümü münasibətilə seksual həyat yoldaşına yetmiş karatlıq brilyant üzük hədiyyə edib. Üzüyün dəyəri təxminən on milyon dollardır. Oliqarx xanımı yeni üzüyünün şəkillərini sosial şəbəkədə paylaşaraq əri ilə fəxr etdiyini qeyd edib.

70 karatlıq brilyant üzük iş adamının yeganə hədiyyəsi deyil. Samaralı iş adamı bir neçə il əvvəl model sevgilisi Kseniya Çariçinaya otuz karatlıq üzük hədiyyə etmişdi. Ümumiyyətlə, Aleksey sevimli qadını üçün hər şeyi etməyə, hətta bütün sərvətini seksual gözəlin ayaqları altına sərməyə hazırdır. Məsələn, Kseniya "Bentley" avtomobili sürür, ən yaxşı dizaynerlərin paltarlarını geyinir və heç nəyi özünə əsirgəmir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm