İngiltərə şahzadəsinin toy tarixi bəlli oldu - FOTO
Bizi izləyin

Magazin2

İngiltərə şahzadəsinin toy tarixi bəlli oldu - FOTO

33 yaşlı şahzadə Harri və 36 yaşlı aktrisa Meqan Marklın toy tarixi artıq dəqiqləşib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə yaxın mənbələrin sözlərinə görə, Harri ilə Meqanın toyu 2018-ci ilin yayında baş tutacaq. İngiltərə krallığı indidən təntənəli toy mərasiminin hazırlıqlarına başlayıb. Hazırlıqlarda Meqanla Harri də aktiv şəkildə iştirak edir.

“Onlar uzun müddət ayrı qala bilmir. Odur ki, Harri və Meqan tez-tez görüşmək üçün əllərindən gələni edirlər”, - deyə mənbə bildirib.

Deyirlər ki, kral köməkçiləri toy mərasimi üçün münasib yer axtarır. Onu da qeyd edək ki, toyun dəqiq tarixi və keçiriləcəyi yerin ciddi şəkildə gizli saxlanmasına tapşırıq verilib.

Xatırladaq ki, bu günlərdə İngiltərə şahzadəsi və kanadalı aktrisanın Oksfordşirdə ev aldıqları xəbərləri yayılmışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm