Müğənnini səhnədə daşladılar - FOTO
Bizi izləyin

Magazin2

Müğənnini səhnədə daşladılar - FOTO

Türkiyəli məşhur müğənni Yalını səhnədə daşlayıblar.

Publika.az xəbər verir ki, mayın 19-da “Atatürkü anma, Gənclik və İdman” bayramı münasibətilə baş tutan konsertlər çərçivəsində məşhur müğənni Yalın həmkarı Öykü Gürmandan sonra səhnəyə çıxıb.

Yalın bir neçə mahnısını səsləndirdikdən sonra azan oxunub. Ancaq musiqinin səsindən azanı eşitməyən Yalın mahnı oxumağa davam edib. Müğənninin bu hərəkəti izləyicilərdən bəzilərini əsəbiləşdirib.

Onlar öz reaksiyalarını sərt şəkildə göstərərək səhnəni daş yağışına tutublar. Səhnədən enən Yalın dəniz yoluyla Sarıyerdən ayrılıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm