Əmrahın serialı başlamadan bitdi
Bizi izləyin

Magazin2

Əmrahın serialı başlamadan bitdi

6 il sonra yeni bir serialla ekrana qayıtmağa hazırlaşan və rekord miqdarda qonorar alacağı deyilən Əmrahla bağlı yeni iddia yayılıb.

Əmrahın artıq çəkilişlərinə start verilən "Unutamadım" adlı serialdan imtina etdiyi bildirilib.

İyun ayında “Star TV”-də tamaşaçı ilə görüşü planlaşdırılan serial baş rol oyunçusu Əmrahın bu addımı üzündən başlamadan bitib.

Deyilənə görə serial üçün maliyyə ayıran “Gold” şirkəti ilə mübahisə edən sənətçi serialdan qazanacağı bütün pulun öncədən hesabına keçirilməsini tələb edib. Şirkət səlahiyyətliləri isə o qədər böyük miqdarda pulu öncədən ödəyə bilməyəcəklərini bildiriblər. Nəticədə Əmrah müqaviləni pozaraq çəkilişlərə gəlməkdən imtina edib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm