• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bir təyyarə, 15 market arabası, 18 velosiped, 7 televizor yeyən adam – FOTOLAR

  • Maraqlı
  • 31 İyul 2015 08:53
  • 1 740 Baxış
Bir təyyarə, 15 market arabası, 18 velosiped, 7 televizor yeyən adam – FOTOLAR

Fransanın estrada artisti olmuş, metal və şüşələri yeməklə dünyada məşhurlaşmış Mişel Lolitonun adı Ginnesin "Rekordlar" kitabını hələ uzun illər tərk etməyəcək. İnsan sağlamlığı üçün zərərli olan bəzi məişət avadanlıqlarını da asanlıqla həzm edən Mişel Lolito hər gün orta hesabla 900 qram şüşə, yaxud dəmiri yağla yeyərək adını dünyanın qeyri-adi insanları siyahısına yazdırıb.

Publika.az bu qeyri-adi insanın həyatı ilə bağlı maraqlə faktları təqdim edir:

Əvvəllər metalları kiçik hissələrə bölərək yemiş Mişel sonra "menyu"ya yağ və suyu da əlavə edib. Beləcə, 1959-cu ildən 1997-ci ilə qədər 9 ton metal yeyib.

Həkimlər bu illər ərzində onun orqanizminin metal qidalara uyğunlaşdığını bildiriblər. Üstəlik, Mişelin mədəsi insan mədəsindən 2 dəfə böyüyüb. Onun ən böyük uğuru onun "Sessna-150" təyyarəsini yeməsi olub. Bu nəhəng qida onun 2 illik yeməyi olub.

Mişel bildirib ki, o ilk dəfə 9 yaşında stəkan yeyib. Bundan sonra menyusunu tədricən genişləndirib. Fransanın məşhuru kimi tarixə düşmüş bu adam ömrü boyu 18 velosiped, 15 supermarket arabası, 7 televizor, 6 çilçıraq, 2 çarpayı, kompyuter və sayı-hesabı bilinməyən stəkanları, boşqabları yeyib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR