• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yuxuda sevgilinizi görmək necə yozulur?

  • Maraqlı
  • 11 Avqust 2015 18:55
  • 1 622 Baxış
Yuxuda sevgilinizi görmək necə yozulur?

Sevgilisindən ayrılanlar gündüzlər göz yaşı tökür, acı çəkirlər. Bu azmış kimi, gecə də ayrıldığı insan yuxusuna girir.

Bəs,keçmiş sevgilisini yuxusunda görmək necə yozulur?

Yuxuda keçmişə aid nə isə görmək, adətən, gələcəkdən xəbər verir. Yuxuda keçmiş sevgilini görmək isə belə yozulur:

Sevgilisi olanların yuxuda keçmiş sevgilisini görməyi yaxşıya yozulmur. Çünki bu, ayrılığa işarə ola bilər.

Subaylar üçün yuxuda keçmiş sevgili uzun zamandır ödəyə bilmədiyi bir borc üzündən çətinliyə düşəcəyini ifadə edir.

Evlilər üçünsə keçmiş sevgilini yuxuda görmək, ailə dincliyinizin pozulacağına işarədir.

Bəzi yuxuyozanlar isə keçmiş sevgilinizi yuxuda gülərkən görmək ondan yaxşı xəbər alacağınıza işarə olduğunu iddia edir.

Yuxuda keçmiş sevgilinizlə gəzmək arzu və muradınıza çatacağınıza işarədir. Keçmiş sevgilinizlə dava edirsinizsə, bu evlilik kimi yozulur.

Əgər yuxuda keçmiş sevgilinizin sizi incitdiyini, yaxud sizə qarşı laqeyd olduğunu görmüsünüzsə, onu rahat buraxmanızı istəyir – deməkdir.

Yuxuda əvvəlki sevgiliniz sizi qaçırdırsa, deməli, sizə olan hissləri hələ ölməyib.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR