Bilgi.az
Əylənir, əyləndirir, pul qazanır - VİDEO
Hərə çörək pulunu bir cür qazanır. İndi təqdim edəcəyim 65 yaşlı Gədəbəyin Saratovka kənd sakini Qəmbər Qasımov da çörəyini əziyyətlə qazanır. Amma yorulmur.
TTV (Region TV) xəbər verir ki, 45 ildir davulu ilə Azərbaycanı gəzən Qəmbər Qasımov yenə də öz aləti ilə iş başındadır. İstirahət zonalarına gedən avtomobil yollarının kənarında özünə məskən salan qəhrəmanımız davul vurur, mahnı oxuyur.. Bəzən də milli oyun havalarına bədahətən söz qoşur... Bununla da, ətrafdakılar diqqətini özünə cəlb edir.
Yol kənarında onu görənlər maraqdan maşını saxlayır, özü dediyi kimi, siftə verir. Nə qədər pul toplasa da, kim nə versə, siftə səndəndir,- deyir. Kim ki çox pul versə, onun şəninə mahnı oxuyur, təriflər yağdırır. Əvvəllər zurnaçı dəstəsi ilə birgə fəaliyyət göstərsə də, özfəaliyyət ansablının dağılması nəticəsində indi tək çalışır.
Davulçu Qəmbər gün çıxmamış davulunun səsi ilə qonşuları oyatmaqla işə gedir. Bunun səbəbini soruşduqda isə deyir ki, səhər tezdən davulunu vurmasa, həmin gün işi yaxşı alınmır. Bu hərəkətinə görə kənddə ona dəli də deyirlər. Özü də bu adı qəbul edir, ancaq sənətinin dəlisi olduğunu deyir. Vaxtaşırı toylara da gedir. Bəzən olur ki, toy sahibindən pul almır.
Davulçu Qəmbərin qış mövsümündə necə pul qazandığını soruşduq. Deyir ki, davul əlindədirsə ilin dörd fəsili onun üçün yaydır. Ancaq onun bir əsas arzusu var. Bu da torpaqlarımızın işğaldan azad olunması xəbərini davul vuraraq elan etməsidir. Allah arzuna çatdırsın, ey davulçu.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu