Bilgi.az
Kişilər, əslində, hansı səbəbdən xəyanət edir?
Kişilərin xəyanət etmə səbəblərindən biri də bəlli oldu.
Türkiyədə cinsi sağlamlıq üzrə araşdırmaçı alimlər bir neçə qadının tərbiyəsi altında böyüyən kişilərin öz həyat yoldaşına daha çox xəyanət etdiyini iddia edib.
Publika.az türkiyəli terapevt Taner Canatarın məsələ ilə bağlı açıqlamasını təqdim edir:
3 yaşına qədər olan dövrdə ananın səsi, qoxusu, temperaturu, qayğısı və hətta baxışları uşağın psixologiyasına dərindən təsir edir. Lakin işgüzar qadınlar ana olduqdan sonra seçim etmək məcburiyyətində qalırlar. Onlar uşaqlarını dayə və ya yaxın insanların yanında qoyurlar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, birdən çox və bir-birindən fərqli fiziki və emosional fərdlər tərəfindən böyüdülən oğlan uşaqları bir adama bağlana bilmirlər. Buna belə bir misal çəkə bilərəm: sarışın-ağ dərili bir ana və əsmər-tünd dərili bir qayınana, yaxud incə qara gözlü bir ana və kök mavi gözlü bir baxıcının böyütdüyü uşağın psixologiyası qarışır. Bu hal uşağın şüuruna təsir edir və gənc yaşlarında, evlilik illərində bu problem özünü göstərməyə başlayır. Ancaq bu, birdən çox və fərqli xüsusiyyətdə qadınlar tərəfindən böyüdülən hər kişiyə aid edilmir. Hər zaman olduğu kimi burada da istisnalar ola bilər".
Xatırladaq ki, daha əvvəl aparılan araşdırmalarda ailədə atanın xəyanət etməsinin də oğlan uşaqlarının psixologiyasına təsir etdiyi iddia olunurdu. Belə ki, əgər ata xəyanət edirsə, oğulun da gələcəkdə öz həyat yoldaşına xəyanət etmə ehtimalı yüksək olduğu bildirilmişdi.
Aytən
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı