Bilgi.az
Dik Çeyni, Stiv Cobs, Larri Heqman - Transplantasiya əməliyyatı keçirən məşhurlar – FOTOLAR
Müxtəlif xəstəliklər üzündən orqan transplantasiyası keçirmiş şəxslər arasında tanıdığımız məşhurlar da var. Məşhurların sağlamlığını bərpa etmək üçün ən çox böyrəkköçürmə əməliyyatı edilib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, orqan transplantasiyası keçirənlər arasında tanınmış siyasətçilər, musiqiçilər, idmançılar, aktyorlar da var.
"Apple" şirkətinin yaradıcısı Stiv Cobs transplantasiya əməliyyatı keçirib. 2000-ci ildə bir neçə həyati əhəmiyyətli orqanında xəstəlik əmələ gələn Cobsa orqan nəql edilsə də, bunda sonra çox yaşamır. O, 2011-ci ildə mədəaltı vəz xərçənginə tutulur və dünyasını dəyişir.
Tanınmış aktyor Treysi Morqan Nyu-Cersiyə gedərkən qəza keçirib. Bundan bir qədər əvvəl şəkərli diabet diaqnozu qoyulan Morqanın xəstəliyi kəskinləşib və dializ xəstəsi olub. Keçmiş rəfiqəsinin donorluğundan sonra ona böyrək nəql edilir.
Sara Haylend 21 yaşı olanda atası ona öz böyrəyini verib. Uğurlu əməliyyat keçirən aktrisa hazırda özünü yaxşı hiss edir.
Natali Koul əfsanəvi cazmen Net Kinq Koulun qızıdır. Heroin asılılığından əziyyət çəkən xanım narkotikdən istifadə edərkən Hepatit C xəstəliyinə yoluxub və daha sonra böyrək transplantasiyası keçirib.
Larri Heqmen də 1995-ci ildə ciddi xəstəliklə üzləşib. Böyrək nəql olunan aktyor indi özünü yaxşı hiss edir.
Ceyms Redford əfsanəvi aktyor Robert Redfordun oğludur. İki dəfə böyrək nəql edilib. İkinci əməliyyatdan sonra sağlamlığı bərpa olunub.
Tanınmış basketbolçu San-Antonio "Speys" klubunun keçmiş oyunçusu Şon Epliott böyrək xəstəsi olsa da, uşaqlıqdan idmanla məşğul olub. Böyük qardaşı ona böyrəyini verib. O, yeganə basketbolçudur ki, transplantasiyadan sonra da oyununu davam etdirir.
Devid Krosbi "The Byrds", "Crosby", "Stills" və "Nash" qruplanının əfsanəvi musiqiçisi də böyrək transplantasiyası keçirib. Alkoqolizm və sirroz musiqiçinin böyrəklərini sıradan çıxarıb. Lakin əməliyyat uğurla keçib və o, tamamilə sağalıb.
Transplantasiya əməliyyatı keçirənlər arasında Mikki Mentl də var. Alkoqolun ciyərlərində sirroz əmələ gətirən idmançıya həkimlər böyrəklərində xərçəng diaqnozu da qoyurlar. Bundan başqa onun Hepatit C virusuna yoluxduğu da bildirilir. 1995-ci ildə ona transplantasiya əməliyyatı edilsə də, elə həmin il, 63 yaşında dünyasını dəyişib.
Erik Kompton peşəkar qolfçudur. O, 9 il ürəyində problemlər olmasına baxmayaraq, qolf oynayıb. 12 yaşı olanda Komptona ürək köçürülüb. 28 yaşında yeni bir transplantasiyaya ehtiyac yaranıb. Lakin hazırda bu əməliyyatın olunub-olunmayacağı məlum deyil.
Fil Leş öz dövrünün tanınmış musiqi qruplarının üzvü olub. Hepatit C-yə yoluxduqdan sonra transplantasiyaya ehtiyac olduğu üzə çıxıb. 1998-i ildə olunan transplantasiya olun həyatını xilas edib.
Məşhur amerikalı siyasətçi və ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin 2011-ci ildə sağlamlığında ciddi problemlər yaranıb. Elə həmin il ona ürək köçürülüb. Bu əməliyyatdan sonra sağlamlığı bərpa olunub. Orqan transplantasiyası keçirmiş şəxslər arasında Mendi Patinkin, Skott Makintayr, Robert Oltmen və digərləri də var.
Gülnar Əliyeva
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq