• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Monqollar Avropaya xırdalıqlarına qədər bələd idilər - Gizli tarix

  • Maraqlı
  • 18 Mart 2014 07:29
  • 3 498 Baxış
Monqollar  Avropaya xırdalıqlarına qədər bələd idilər  -  Gizli tarix

Milli təhlükəsizlik orqanlarımızın tarixinə bir baxış

Ön söz

1917-ci ildə rus xalqı çarı devirdikdən sonra hakimiyyət müvəqqəti olaraq Lvov knyazlarının əlinə keçdi. Birinci Dünya müharibəsi davam edirdi, Rusiya ANTANTA ittifaqı ilə birgə iki cəbhədə – Türkiyə və Almaniyaya qarşı vuruşurdu. Buna görə də alman xüsusi xidmət orqanları Müvəqqəti hökumətə paralel İnqilabi Bolşeviklər Sovetinə dəstək verirdilər. Rusiyada ikihakimiyyətlik yarandı. ANTANTA ittifaqı təhlükə ilə üzləşdi, bu zaman ABŞ prezidenti Vudro Vilson 1917-ci il aprelin 6-da Almaniyaya qarşı müharibə elan etdi. Həmin ilin oktyabrında V.İ.Leninin rəhbərliyi ilə bolşeviklər hakimiyyəti ələ aldı. Növbəti gün 2-ci Sovetlər qurultayında Almainya və onun müttəfiqləri ilə bağlı "Sülh dekreti" qəbul olundu.Almaniya bu məsələyə razılıq verdi və bolşeviklərlə anlaşdı. 1918-ci ilin martın 1-də Rusiya Almaniya ilə Brest-Litovsk sülh sazişinin müzakirəsinə başladı. Rusiyadakı vətəndaş müharibəsindən yararlanan Almaniya sərhədlərini genişləndirdi. Ukraynanın qərbi, Pribaltika və digər ərazilər almanlara sülh danışıqları mübadiləsində verildi. Həmin ilin avqustun 28-də Brest-Litov razılaşmasına Rusiya-Almaniya razılaşması da əlavə olundu. Almaniya Rusiyadan Gürcüstanın müstəqilliyinin tanınmasını tələb etdi. Almanların məqsədi ordunu Bakıya, Gürcüstan sərhədinə toplamaq idi. Baxmayaraq ki, Brest-Litovsk razılaşmasında Almaniya türklərin Qafqaza buraxmamaq öhdəliyini üzərinə götürmüşdü.

II Nikolayın süqutundan sonra Tiflis quberniyası Zaqafqaziya Müvəqqəti Hökumətində təmsil olundu və Zaqafqaziya Komitəsinin təsisçilərindən birinə çevrildi. Bu komitəyə bir menşevik, bir gürcü federalisti və bir müsavatçı türk (azərbaycanlı) daxil idi. Komitəyə Xarlamov rəhbərlik edirdi. Bu zamanlarda bolşeviklər Rusiyada hakimiyyətə gəlmək istəyirdilər və onların Zaqafqaziyada tərəfdarları da vardı. Hətta oktyabrın 2-7-də I qurultaylarının da keçirdilər. O zaman Qafqaz Dairəsi formalaşdırıldı. Dairə Komitəsində Çixaxay, Şaumyan, Caparidze, Maxaradze, Nazarpetyan, Kasiyan, Mravyan, Korqanov təmsil olundular. Sonda bu siyahıya Anastas Mikoyan da əlavə olundu. 10 fevral 1918-ci ildə bolşeviklər Moskvanın dəstəyi ilə Zaqafqaziya seyminə seçkilər keçirməyə müvəffəq oldular. 1918-ci il Brest-Litovsk razılaşması əsasında Türkiyə seymdən Qars və Batumu tələb etdi. 1 aprel 1918-ci ildə türk ordusu bu ərazilərə iddialı çıxışlar etdi.

9 aprel 1918-ci ildə seym Zaqafqaziyanın müstəqilliyini elan etdi. 26 may 1918-ci ildə isə Seym Cənubi Qafqazın üçrespublikasının müstəqilliklərinin elan olunması məsələsini onların öz ixtiyarlarına verdi. Azərbaycan müstəqilliyini elan etdikdən sonra gənc dövlət ilk növbədə hakimiyyət strukturlarının formalaşması məsələsinə diqqət yetirdi. Xüsusilə də milli təhlükəsizlik orqanlarını. Bu sahənin formalaşdırılmasını araşdıran tarixçi-alim Məmməd Cəfərlinin əməyini xüsüsən qeyd etmək istəyirəm. Onun əməyi Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik xidmətinin tarixinin araşdırlmasında bizə yardımçıdır. Euroasiya.com saytı Məmməd Cəfərlinin tarixi araşdırmalarını və bu sahədəki əməyini oxuculara təqdim etməklə tariximizin qaranlıq səhifələrinə yenidən işıq salmış olur, həmdə qarşıdan gələn təhlükəsizlik orqanlarımızın yaranmasının ildönümü münasibəti ilə dövlətimizin sayıq keşikcilərinə ehtiramını bildirir. Ümid edirəm ki, bu təkcə tədqiqatçıların deyi, eyni zamanda ADR-in və onun milli təhlükəsizlik strukturunun tarixi ilə maraqlananlara böyük töhfə olacaq.

Adgözəl Məmmədov

Məmməd Şəmsəddin oğlu Cəfərli

Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik orqanları.

© Bakı, 1999

MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMI GÜNÜNÜN TƏ’SİS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

1919-cu ildə Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyin Baş Qərar­gahı tərkibində ilk xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığı gün – 28 Mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü e’lan edilsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 23 mart 1997-ci il

Azərbaycan xalqının orta əsrlərdə dövlətləri olmuşdur. Sonra xalqımız dövlətçiyini itirmiş və əsrin əvvəlində – 1918-ci il mayın 28-də Azərbaycanda yenidən milli dövlət qurulmuş, ilk Azərbaycan Demokratik Respublikası e’lan olunmuş və yaranmışdır. Ona görə də bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-20-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru, düzgün və çox məqsədəuyğun qərardır... 1919-cu il mart ayının 28-də ilk dəfə müstəqil Azərbaycan Demokratik Respublikasının təhlükəsizlik orqanı yaradıbdır. O, demokratik respublika kimi az yaşayıbdır, ancaq tarixi hadisədir.

Heydər Əliyevin 28 iyun 1997-ci ildə
MTN-də keçirilən yığıncaqdakı çıxışından

Bir qədər tarixdən

Hələ bizim eradan əvvəl V əsrdə Çin hərbi nəzəriyyəçisi Sun-Tzı "Hərb sənəti haqqında" traktatında yazırdı ki, "Hər dəfə yürüşə çıxan bilikli hökmdarın və müdrik generalın rəqib üzərində hər hansı qələbəsinin səbəbi" onlarda həmin rəqib haqqında mə’lumatın olmasıdır. Sun-Tzı izah edirdi ki, bu cür mə’lumatlar nə Allahdan gəlir, nə də tarixi öyrənmək və hesablamalarla əldə edilmir. Onları kəşfiyyatçılardan almaq lazımdır.

XIII əsrdə monqollar Avropaya gələndə Çingizxanın ardıcılı Subedey Qərbə yürüşü zamanı yaxşı təşkil olunmuş kəşfiyyat sistemindən istifadə edibmiş. Bununla əlaqədar o dövrün nüfuzlu bir mütəxəssisi belə yazırdı: "Avropa monqollar haqqında heç nə bilmədiyi bir vaxtda onlar lap xırdalıqlarına qədər Avropa şəraitinə yaxşı bələd idilər".

Tarixi nümunələr göstərir ki, mütəşəkkil kəşfiyyat sisteminə malik ölkələr dövlətçiliyin digər sahələrində də uğurlar qazanıblar.

Kəşfiyyat xəfiyyəsinin vəzifəsi ildən-ilə mürəkkəbləşirdi. Kəşfiyyatçılar isə orta əsrlərlə müqayisədə daha da e’tibarlı adamlara çevrilirdilər. O vaxtlar bir Bavariya Hersoqu hərbi yürüş ərəfəsində öz oğluna belə öyüd vermişdi: "Müharibəni yaxşı aparmaq istəyən kəs özünü yaxşı kəşfiyyatla da tə’min etməli, ən müxtəlif informasiyalar almalıdır. Amma onlara e’tibar etməməli və onların verdiyi mə’lumat əsasında nə etmək istədiyini onlara danışmamalısan".

XIX əsrin sonlarında xarici ölkələr haqqında kəşfiyyat informasiyasının toplanması dövlət səviyyəsində qurulmuş işə çevrilməyə başladı. Dövlət səviyyəsində kəşfiyyatın yaradılması xronologiyasında yeganə əməli istisna İngiltə­rənin hələ XVI əsrdə yaradılmış kəşfiyyat aparatı idi. Bə’zi fikirlərə görə, müasir İngiltərə "Sikret intellicens servis" xidməti mövcud kəşfiyyatların ən qədim nümunəsidir.

(Ardı var)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR