Bilgi.az
İnanılmaz: 27 yaşında baba oldu - FOTOLAR
Buna inanmaq çətin olsa da, gerçəkdir. Həbsxanada cəza çəkən 27 yaşlı məhbus baba olub.
Onun 13 yaşlı qızı yaşıdı olan oğlandan hamilə qalıb və övladını dünyaya gətirib.
Milli.Az The Sun-a istinadən bildirir ki, 13 yaşlı qız ultrasəs
müayinəsində bətnindəki uşağın fotosunu Facebook-da paylaşıb.
27 yaşlı ata qızının hamilə olduğundan da Facebook-dan xəbər tutub və qızına "Abort etdir, o uşaqdan qurtul" yazıb.
Lakin qız atasına qulaq asmayıb və doğub.
Adam bıçaqladığına görə həbs olunmuş 27 yaşlı qatilin nəvəsi və
qızı Liverpulda yaşayırlar.
Məhbusun 28 yaşlı xanımı şəhərin yoxsullar yaşayan səmtində, bələdiyyə binasındakı mənzildə ömür sürür.
Nəvəsinin doğulduğu barədə xəbəri həbsxanada almış məhbusun 47
yaşlı anası deyir: "Nəvəmin oğlunun olduğunu eşidəndə həm
hirsləndim, həm də sevindim. Çünki 13 yaşlı nəvəmin hamilə qalması
və doğması, təbii ki, yolverilməz məsələdir. Amma nəvəmin uşağının
dünyaya gəlməsi, nəticəmin olması məni sevindirdi".
27 yaşlı baba dükanı qarət edərkən ona mane olmağa çalışan adamı
bıçaqladığına görə həbs olunmuş, 11 il müddətinə azadlıqdan məhrum
edilmişdi.
O, ötən il azadlığa çıxmalı idi. Lakin həbsxanadan qaçmağa çalışdığı üçün həbs müddəti bir il də uzadılıb.
İndiyədək ən gənc baba 29 yaşlı Şem Devis sayılırdı. Cənubi Uelsdəki Bricend şəhərinin sakini olan Devisin qızı 14 yaşda ana olmuşdu.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO