• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünyanın ən kök qadını - Fotolar

  • Maraqlı
  • 28 Aprel 2014 17:38
  • 4 250 Baxış
Dünyanın ən kök qadını - Fotolar

347 kilo çəkidə olan ABŞ sakini sağ qalmağın yeganə yolunu realiti-şouda görür.

Çariti Pirsin yerişində çətinlik olduğundan demək olar evdən bayıra çıxmır. Lakin həkimlər onun mədəsinə sarğı qoymazdan əvvəl o, gərək 226 kilo arıqlasın.

TLC telekanalı və klinikası 38 yaşlı qadının müalicəsi üçün öz köməyini təklif edib. Yalnız bir çətinlik ondan ibarətdir ki, xəstəxana digər bir ştatda yerləşdiyindən qadının gedə biləcəyi sual altında qalır.

Pirs rəsmən dünyanın ən kök qadını adına layiq görülüb və o, limfedema xəstəliyindən əziyyət çəkir. Nəticədə, sol ayağına su yığılmasından qadın adi minik maşınına sığışa bilmir. Tənha ana olan Çariti şəxsi tibb maşınında getmək üçün 5000 dollara ehtiyacı var. Qadının ən böyük arzusu Texas ştatına gedib çəkisinin 280 kiloqramını atmaqdır. Bununla yanaşı, qızın necə böyüməsinə şahidlik etmək və 22 yaşlı sevgilisi ilə ailə həyatı qurmaqdır.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR