Stüardessa qısa yubkada - Fotolar
Bizi izləyin

Bilgi.az

Stüardessa qısa yubkada - Fotolar

İddia olunur ki, Honkonqun öndə gedən hava şirkəti olan “Cathay Pacific”-in uçuş əməkdaşlarının geyimləri çox açıq-saçıqdır və bu formalar dəyişdirilməlidir.

Uçuş heyətində çalışan qadınlar köynəklərinin çox qısa və ətəklərinin isə dar olmasından şikayət edir. Qadınlar bildirir ki, yeni forma ilə çalışa bilmirlər. Şirkətin uçuş köməkçiləri birliyinin rəhbəri yeni formaların cinsi təcavüzə gətirib çıxara biləcəyindən ehtiyat edir. 2011-ci ildən istifadəyə verilmiş formadan artıq dəfələrlə şikayət olunub, çünki köynəyin qısalığından qadın köməkçilər əyilərkən qarın nahiyyələri bayırda qalır.

Şirkətin qadın əməkdaşları köynəyin uzun, ətəyin isə geniş tikilməsini tələb edir. Həmçinin araşdırmalar nəticəsində məlum olub ki, keçən 12 ay ərzində Honkonq stüardessalarının 27%-ə qarşı cinsi təcavüz edilib. 392 qadın sərnişinlər tərəfindən seksual xarakterli təhqirə məruz qaldığını etiraf edib.

“Cathay Pacific” hələ ki, heç bir fikir bildirməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm