Bilgi.az
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
Azərbaycanın xaricdəki səfirliklərinin üzərinə fəaliyyət göstərdikləri ölkələrdə respublikamızın maraqlarının müdafiəsi, dövlətimizin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından böyük iş düşür. Azərbaycanın Respublikasının 70-dən çox ölkədə diplomatik korpusu fəaliyyət göstərir. Bu korpuslarda fəalliyyət göstərən səfirlərin işi ağır olmaqla yanaşı, beynəlxalq bilgiləri də geniş olmalıdır.
Məsələn, maraqlıdır ki, hansı səfirmiz neçə dil bilir? Daha
dəqiq desək, ən çox xarici dil bilən səfirimiz
hansıdır?
AzVision.az xaricdəki səfirlərimiz haqda qısa araşdırma aparıb.
Beləliklə başlayaq, yaxın qonşumuz, qardaş Türkiyədən...
4 dil bilən səfirmiz
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov
1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini
bitirib. 2011-ci ildən Azərbaycanın Türkiyədəki fövqaladə və
səlahiyyətli səfiridir. Rus, ərəb, ingilis və türk dillərini
bilir.
Sabiq deputat, nazir, indi də səfir...
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
1963-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına
daxil olub. 1988-ci ilin dekabrından bir müddət Azərbaycan
Respublikasının Mədəniyyət naziri işləyib.1995-ci ildə Milli
Məclisinin deputatı seçilib. Polad Bülbüloğlu rus və azərbaycan
dillərini bilir. Səfirin digər hansı dilləri bildiyini öyrənməyə
cəhd etsək də, məlumat ala bilmədik.
Neft Akademiyasını bitib diplomat oldu
Almaniyadakı səfirimiz Pərviz Oqtay oğlu Şahbazov
cəmi 3 dil bilir: ingilis, alman və rus. 2005-ci ilin avqust
ayından səfir təyin olunan Pərviz Şahbazov Azərbaycan Dövlət Neft
Akademiyasını bitirib.
Yunanıstan səfir Rəhman Mustafayev Moskva Dövlət
Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini
bitirib. 2009-cu ilin oktyabrında Rəhman Mustafayev Azərbaycan
Respublikasının Yunanıstan Respublikasında fövqəladə və
səlahiyyətli səfiri təyin edilib. İngilis dili, Fransız, Rus, Ərəb
dillərini bilir.
Tahir Tağızadə - ən çox dil bilən diplomat
Çexiyadakı diplomatımız Tahir Tağızadə 2007-ci il
22 fevral tarixindən indiyədək Azərbaycanın Çexiyadakı səfiri
postunda çalışır. Tahir Tağızadə 5 dil - İngilis, rus, çex, slovak,
türk dillərini əla bilir. İlk təhsilini Moskva Dövlət
Universitetinin Beynəlxalq əlaqələr fakültəsində alıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 26
oktyabr 2011 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş
Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İngilis,
Rus və Çex dillərini bilir
Ən az dil bilən səfir kimdir?
Hindistandakı səfirimiz İbrahim Hacıyev Xarici
dillər Universitetini bitirib. 2012-ci ildən Azərbaycanın
Hindistandakı səfiridir. Ingilis və rus dillərini bilir.
4 ölkədə səfir işləyən Məmməd Əhmədzadə
Argentinadakı səfirimiz Məmməd Əhmədzadə Bakı
Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq
fakültəsinin beynəlxalq münasibətlər ixtisasını bitirib.
2011-ci ildən etibarən iqamətgahı Buenos-Ayres şəhərində olmaqla,
Azərbaycan Respublikasının Çili, Uruqvay, Boliviya və Paraqvayda da
fövqəladə və səlahiyytli səfiridir.
Səfir italyan, ispan, ingilis və rus dillərini bilir.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Bakı
Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2011-ci ildən
Azərbaycanın Moldovadakı fövqaladə və səlahiyyətli səfiridir.Rus,
alman, ingilis dillərini bilir.
3 dil bilən Emil Kərimov
Bolqarıstandakı səfirimiz Emil Kərimov Azərbaycan
Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2010-cu ilin
oktyabrından bu günə kimi Azərbaycanın Bolqarıstandakı səfiridir.
İngilis, rus və türk dillərini bilir.
Aktrisa Amaliya Pənahovanın 5 dil bilən oğlu
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə
və səlahiyyətli səfiri İlqar Yusif oğlu
Muxtarovdur. 2009-cu ildə Meksikaya səfir təyin edilib.O,
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və
tarixi üzrə təhsil alıb.
Səfir rus, ingilis, türk, ərəb dillərini, əla, ispan dilini isə
orta səviyyədə bilir.
Sabiq nazir, 5 dil bilən Vilayət Quliyev
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri
Vilayət QuliyevADU-nun fılologiya fakültəsində
təhsil alıb. Üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat
müəllimi işləyib. Rus, türk, ərəb, ingilis və fars dillərini
bilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR