• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Qadınlara başqa məşğuliyyət tapmaq lazımdır” – FOTOLAR

  • Maraqlı
  • 9 İyun 2014 17:16
  • 571 Baxış
“Qadınlara başqa məşğuliyyət tapmaq lazımdır” – FOTOLAR

Amerikalı yazıçı-fantast... Ayzek Azimov

Heç zaman arzularınızı reallıqla qorxutmayın...

Bədii istedadım sıfıra enib...

Davadan qaçan qadının heç bir çatışmazlığı yoxdur.

Hər kəsin istədiyi bir şeyə inanmaq haqqı var. Mən, sadəcə, hamını eyni bir şeyə inandırmağın əleyhinəyəm.

Doğum tariximi dəqiq bilmirəm. Rusiyada inqilabdan sonra anadan olmuşam – ölkədə əsl xaos idi, heç kimi qeydiyyatdan keçirmirdilər. Düzdür, anadan olduğum tarix var, ancaq məhz həmin gündə anadan olub-olmadığıma əmin deyiləm.

Atam satdığı qəzet və jurnalların zir-zibil olduğunu düşünürdü. Bu səbəbdən, onları oxumağa icazə vermirdi. Bircə elmi fantastikanı oxumağa izn verirdi. Atam ingiliscə pis danışırdı. Mənə elə gəlir, o, düşünürdü ki, elmi fantastika elmin özüdür və beləcə, ondan xeyir gələr deyə güman edirdi...

Kitabdan gələn gəlirlə yaşamağın mümkün olmadığını hesab edirdim. Biokimyanı oxuyurdum, nəticədə, alim oldum. Ailə həyatı qurdum, hərbi xidmətimi çəkdim, övladlarım dünyaya gəldi. Bütün bunlarla yanaşı, boş vaxtlarımda elmi fantastika yazmağa davam edirdim.

Elmdəki ən həyəcanlı kəlmə heç də “evrika!” deyil, “bax, bu əyləncəlidir” kəlməsidir...

Mənim bədii istedadım sıfıra enib, bədii zövqüm yoxdur. Xətkeşin köməyi ilə belə düz xətt çəkə bilmirəm.

Düzünü desəm, az oxuyuram. Çox yazanda oxumağa vaxtın qalmır...

Tarix elə bir mərhələyə çatıb ki, insanlığa müharibə aparmaq artıq icazə verilmir. Yer üzündəki insanlar dostlaşmalıdır. Əlbəttə ki, məcbur edə bilmərik ki, insanlar bir-birilərini sevsin, bu heç mümkün deyil. Ancaq mən tam ciddi olaraq zənn edirəm ki, elmi fantastika insanları bərabərləşdirir...

Ağır çəki ilə daimi mübarizədəyəm. Səbəb də odur ki, istənilən yeməyi sevirəm; Çin, fransız, italyan mətbəxi, polyak kolbasası...

Pəhrizin ilk qaydası: dadlıdırsa, deməli, ziyandır.

Səyahət etməyi sevmirəm. Bu fakt həyatımı xeyli asanlaşdırır. Mən uzaq səfər nəzərdə tutulmuş bütün dəvətlərdən imtina edirəm. Sakitcə evimdə oturub, kitablarımı yazıram.

Bütün günü yazıram, başqa heç nə etmirəm - ancaq yeyir, yatır və həyat yoldaşımla söhbət edirəm.

Davadan qaçan qadının heç bir çatışmazlığı yoxdur

Əgər bir qız oğlanın yanına kimya haqda söhbət etmək üçün gedirsə, bu, ola bilsin, kimyadır. Ancaq əgər qız həftədə bir və ya iki dəfə kimya barədə söhbət etmək üçün oğlanın yanına gedirsə, bu artıq kimya deyil.

Məsuliyyət elə də ağır bir yük deyil

Detektivi elmi fantastikadan daha çox sevirəm. Ancaq hansı janrda daha çox yazmağa başlayıramsa, ondan daha az gəlir götürürəm. Neyləmək olar?...

Yüz kitab yazmağım maraqlı bir hiss idi. Özümü nəyəsə nail olmuş biri kimi hiss edirdim. Daha sonra onların sayı iki yüzə, dörd yüzə çatdı. Mən, sadəcə, bu prosesin özünü sevirəm...

Gələcəkdə kitabı nəyinsə əvəzləyəcəyini düşünmürəm

“Ulduz müharibələri” filmini bəyəndim, amma “Üçüncü dərəcəli yaxın əlaqələr” filmini isə qətiyyən. Filmin bəzi səhnələri, ümumiyyətlə, mənasızdır.

Heç zaman arzularınızı reallıqla qorxutmayın... Arzu etmək asandır, arzu etmək maraqlıdır: amma əgər siz fikirləşirsinizsə ki, arzularınız reallıqla uzlaşmalıdır, o zaman siz çox güman ki, özünüzdə deyilsiniz.

Kiçik dəyişikliklər böyük nəticələrə səbəb olur

Tanrı hamımızı sevir, ancaq heç birimizlə fəxr etmir. Əgər insan fikrini silahlanma və məhvə cəmləməkdə davam etsə, yüz ildən sonra ulduzlararası uçuşlar qaçılmaz olacaq.

Allahı axtarmağa çalışırammı? Tanrı məndən ağıllıdır. Qoy özü məni axtarmağa cəhd etsin.

Bibliyanı diqqətlə oxusaq, ateizmin yeganə dayaq nöqtəsi kimi məhz həmin kitabı qeyd edə bilərik.

Planetdə əhalinin sayı günü-gündən artır. Resurslar tükənmək üzrədir – beləcə, Yer üzündə qida və enerji getdikcə azalmağa doğru gedir. Nəticədə, bir ölkənin höküməti öz əhalisini xilas etmək üçün yeganə çıxış yolunu qonşu ölkənin əhalisini məhv etməkdə görəcək. İki yol var: ya ölüm səviyyəsini qaldırmaq, ya da doğuş sayını azaltmaq...

Buna görə, qadınlara doğmaqdan savayı başqa məşğuliyyət də tapmaq lazımdır. Bu fikrimə görə, məni radikal feminist də adlandırmışdılar.

Bilirsiniz, nə zaman incimək olar? Bir insan hirsli vaxtı sizə söylədiklərini sakit vaxtında da təkrarlasa...

Şahmatdan fərqli olaraq, həyatda oyun partiya bitdikdən sonra da davam edir.

Məgər həyatda suallara cavab tapmaqdan daha gözəl bir şey var?

Əslində, biz heç vaxt dəyişmirik. Sadəcə, zaman keçdikcə böyüyürük və qırışlarımız artır. Ancaq bu boş şeydir.

Həkim ömrümə beş dəqiqə qaldığını söyləsə, saçlarımı yolmağa başlamayacağam. Sadəcə, daha tez-tez çap etməyə başlayacağam.

Özümü gənc, yaraşıqlı, seksual hesab etmirəm. Amma bunu bir neçə yaxın insan sezə bilər – məsələn, özüm.

Az heç nədən daha yaxşıdır axı...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR