Robotlar insanları məhv edəcək - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Robotlar insanları məhv edəcək - FOTOLAR

Uzaq gələcəkdə insanların hazırladığı robotların insanlarla müharibə aparacağı proqnozlaşdırılır. Terminator tipli robotlar görkəminə görə heç də insanlardan fərqlənməyəcək və özlərindən zəif məxluqları məhv edə biləcək.

Təbii ki, bunlar gələcək zamanda olacaq, lakin artıq Tokio muzeyində insanabənzər robotlar təqdim olunub.

Kodomoroid və Otonaroid adlı iki qadın cinsli robotun insandan heç bir fərqi yoxdur. Robotları Osaka universitetinin professoru Hiroşi İşiquro hazırlayıb.

Pultla idarə olunan robotların təqdimatı zamanı izləyicilərin diqqətini android qadınların dodaqlarını, qaşlarını və əllərini tərpətməsi və göz qırpması diqqət çəkib.

Kodomoroid qəzet də oxuya bilir. Qadın cinsində hazırlanmış robotlar həm qadın, həm də kişi səsi ilə danışa bilir.

Lakin bu robotlarda hələ də bir sıra nasazlıqlar var. Məsələn, danışarkən dodaqlar tam açılmır. Bundan başqa, Otonaroid ona verilmiş sualın cavabında iki dəfə susub.

Robotların bədəni silikon dəri və süni əzələlərlə örtülüb. Robotlar Tokioda Miraikan muzeyində nümayiş olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm