• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İntriqa, qalmaqal və ikili həyat yaşayan məşhurlar

  • Maraqlı
  • 15 İyul 2014 02:49
  • 438 Baxış
İntriqa, qalmaqal və ikili həyat yaşayan məşhurlar

Məşhurlar bizlərdən cəmiyyətdəki vəziyyətlərindən əlavə, bir də müstəsna açıq sosial statusları ilə fərqlənirlər. Minlərlə göz yorulmadan onların həyatını izləyir, onların seçimini müzakirə edir. Ancaq çoxları unudur ki, hər bir məşhur şəxs öz daxilində sadə insandır, deməli, hər bir insani xüsusiyyət ona da yad deyil. O cümlədən də sevmək və sevilmək ehtiyacı... Ulduzların romantik qarşılıqlı sevgi münasibətlərinin təsirli tarixçəsinə aid yüzlərlə nümunə məlumdur, çox qəribədir ki, bu əhvalatların əksəriyyəti şou-biznes aləmində baş verir.

Qreys Kelli və prins Renye

Hollivudun ən əsrarəngiz aktrisası və Monako prinsinin qarşılıqlı münasibətləri indiyədək müzakirələr və mübahisələr obyektidir. Hiçkokun sevimlisi, ali cəmiyyət xanımı, Qar karliçası kimi vüqarlı və inanılmaz gözəl – belə bir miss əsl şahzadədən başqasına layiq ola bilərdimi?

Monako knyazı III Renye artıq xeyli vaxt idi ki, özünə layiq həyat yoldaşı axtarırdı. Oskar makafatçısı Hollivud gözəlinin evliliyini bugünədək ən uğurlu və uzaqgörən piar-gediş adlandırırlar. 1956-cı ildə baş tutmuş əfsanəvi toy mərasimi sayəsində bütün dünya Monako ilə maraqlanırdı, bu isə regionu planetin ən nüfuzlu zonalarından birinə çevirmişdi (Monako bu statusunu bu günəcən qoruyub saxlayır).

Yeni şahzadə Qreys sayəsində Monakonun varisləri dünyaya gəlir və ölkənin imkanları genişlənir. Əvəzində isə Kelli milyonlarla qızın arzuladığı bir həyata qovuşur – saray həyatı, saysız-hesabsız libaslar, bər-bəzək əşyaları, bal və qonaqlıqlar, beynəlxalq səfərlər və çəkilişlər, par-par parıldayan nəşrlər üzərindəki şəkillər. Ancaq bütün bu gözəlliklərin də xoşagəlməz gizlinləri var idi: ərinin çox mürəkkəb xasiyyəti vardı, kübar öhdəliklər prioritet təşkil edirdi və çox vaxt şəxsi maraqları arxa plana keçirirdi. İki qızı və bir oğlu tez böyüyür və evdən daha çox qalmaqallı xronika səhifələrində görünməyə başlayırlar. Prinsessanın səhhəti ilə bağlı problemlər yaranır, hər bir qadının qorxduğu problem – artıq çəki yığmaq: Kelli 45 yaşından sonra kökəlməyə başlayır.

Kelli 1982-ci ildə qızı ilə birlikdə düşdüyü avtomobil qəzası zamanı həyati təhlükəli zərbələr alır. Xəstəxanaya düşdüyü günün səhərisi heç bir ümid olmadığından prins Renyenin qərarı ilə tənəffüs aparatından ayrılan Kelli həyatla vidalaşır.

Mariya Kallas və Aristotel Onassis

Dünyanın ən varlı insanı ilə böyük opera müğənnisinin qarşılıqlı münasibəti məhəbbət və həqarət hekayəsinə çevrilib.

Hər şey bu cütlüyün görünməmiş, eşidilməmiş ədəbsizliyi ilə başlayır – onlar Venetsiyada, “Kristina” yaxtasında tanış olurlar. Onassisə məxsus olan bu yaxta dəbdəbəli bohema həyatının simvolu idi. Hər ikisi də bala öz həyat yoldaşları ilə bərabər gəlmişdilər. Qəfil doğan hislərinə qapılan Aristotel və Mariya bütün sosial ədəb-ərkana tüpürərək özlərinin ikinci yarıları və dünyadakı yerdə qalan bütün hər şey barədə unudaraq təəccübdən gözləri bərələ qalmış müşahidəçilərin heyrətli baxışları önündəcə məhəbbətlərindən həzz almaqdan utanmadılar. Və bu, məsum bir eşqbazlır və ya ötəri kurort romanı olmadı, sevgililər birgə yaşamağa başladılar. Elə bu da Onassisi qəddar və laqeyd məşuqa çevirərək hər şeyi dəyişdi: O, Kallasa əl qaldırır, açıq-aşkar xəyanət edir, dostlarının yanında alçaldırdı. Mariya isə öz növbəsində qurbana çevrilir, səsini itirir, konsertlər verə bilmir, “fədakar məhəbbətinə” uyğunlaşmağa çalışırdı. Qadın sevgilisinin bütün hərəkətlərinə müticəsinə və dinməz-söyləməz dözürdü, bu isə yorulmaq bilməyən təcavüzkarı daha da qızışdırırdı.

Yunan milyarderi heç kimin gözləmədiyi bir halda 1968-ci ilin oktyabrında ABŞ prezidentinin dul qalmış arvadı Jaklin Kennedi ilə evlənir. Hələ ki, Onassisinin məşuqəsi olan Mariya Kallas bütün bunları qəzetlərdən öyrənir və mənzilindən bayıra çıxmır. Heç bir ay keçməmiş Onassis səhvini başa düşür, Parisə qayıdır və yalvararaq bağışlanmasını xahiş edir. O, keçmiş sevgilisinə and-aman edir ki, missis Kennedi ilə nikahı yalnız bir fiksiya (həqiqətdən uzaq olan, lakin müəyyən məqsəd üçün bir əsas və dəlil kimi istifadə edilən müddəa, mühakimə - tərc.), piar-gedişdir və münasibət baxımından heç bir əhəmiyyəti yoxdur.

Tezliklə ABŞ-ın keçmiş birinci xanımının öz həyat yoldaşının varidatını sağa-sola xərcləməsi və bu soyuqqanlı qadının israfçılığı haqqında əfsanələr quraşdırılmağa başlandı. O, elə ağlasığmaz məbləğlər xərcləyirdi ki, hətta o vaxt dünyanın ən dövlətli adamı olan Onassis öz varıdatından narahat olmağa başlayır. Jaklin kübar cəmiyyətinin əyləncələri ilə daha çox maraqlanırdı, nəinki ərinin səhhəti və qayğıları ilə. Milyarderin ən ağır günlərində, yeganə oğlu Aleksandr avtomobil qəzasında vəfat edərkən belə, Jaklin ona dəstək ola bilmədi.

Son günlərində Aristotel yalnız Mariyanın hər şeyi unutduran məhəbbəti ilə təskinlik tapırdı. O, Paris xəstəxanasında həyatla vidalaşarkən başı üzərində məhz Mariya dayanmışdı. Jaklin o vaxt Nyu Yorkda idi. Həyat yoldaşının ölüm xəbərini alanda isə sadəcə, matəm paltarı kolleksiyası sifariş verməklə kifayətlənir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR