Bilgi.az
Paralel dünyadan gələn adam: real faktlar
1954-cü ildə Hyu Everet paralel dünyalar haqda fərziyyəni irəli sürdü.
O zamandan etibarən bütün dünya alimləri, filosofları, yazıçıları bu ideya ətrafında baş sındırır.
Ola bilsin ki, biz çoxsaylı paralel dünyalardan birində yaşayırıq, bəzən də başqa dünyalardan gəlmiş adamlarla da rastlaşırıq.
Real həyatda belə faktlar kifayət qədər olub.
XX əsrin 60-cı illərində Yaponiya aeroportuna enən təyyarələrindən birində zahiri görkəmi başqalarından fərqlənməyən bir sərnişin vardı. Adi geyimdə, sanki adi insandı. Lakin o, pasport nəzarətindən keçəndə gömrükçülər çox heyrətləndi.
Sərnişinin adi pasportu vardı. Ancaq sənədi indiyədək məlum olmayan Taured dövləti vermişdi. Sərnişin dərhal dindirilmə otağına aparıldı.
Ondan xəritədə Tauredi göstərməyi tələb etdilər. Qəribə sərnişin iddia edirdi ki, onun ölkəsi İspaniya və Fransanın arasında yerləşir. Xəritədə isə Andorranın yerləşdiyi ərazini göstərdi. O bildirdi ki, indiyədək Andorra adını eşitməyib. Taured dövləti isə min ildir ki, mövcuddur.
Onun sözlərindən belə çıxdı ki, son 5 ildə Yaponiyaya bir neçə dəfə işgüzar səfər edib. Pasportundakı möhürlər də bunu təsdiq edirdi. Sərnişinin üstündə həmçinin bir neçə Avropa dövlətinin valyutası vardı. Sənədləri də saxta yolla düzələnə oxşamırdı. Bəs bu Taured hardan çıxdı?
Müstəntiqlər baş sındırsalar da, nəticəyə gələ bilmədilər. Hadisəni protokollaşdırıb sərnişini polis müşayiəti ilə otelə yolladılar. Qəribə insan otelin lüks nömrəsində yer götürdü. 15-ci mərtəbədə. Qapının ağzında 2 polis keşik çəkirdi. Səhər tezdən immiqrasiya xidmətindən sərnişini dindirmək üçün əməkdaşlar gəldi.
Onlar polislə birgə nömrəyə daxil oldular. Qəribə sərnişin yoxa çıxmışdı. Amma hara? Qapıdan çıxa bilməzdi, çünki polis keşik çəkirdi. Başqa çıxış yolu isə yox idi. Nömrə 15-ci mərtəbədə yerləşirdi.
Tokio polisi ayağa qaldırıldı. Amma axtarışlar nəticə vermədi.
Yəqin ki, naməlum sərnişin hansısa yolla öz dünyasındakı doğma şəhərinə - Tauredə qayıtmışdı.
İlqar Atabəyli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR