Kosmosa ordu göndərilir
Bizi izləyin

Bilgi.az

Kosmosa ordu göndərilir

“Gündoğan ölkə” texnoloji yenilikləri və bu sahədə irəliləyişi ilə dünyanı heyrətə gətirməyə davam edir.

ANS PRESS-in məlumatına görə, Yaponiya hökuməti Yerə yaxınlaşan kosmik cisimləri aşkar etmək və peykləri qorumaq məqsədilə kosmosa ordu göndərəcək.

Yaponiyanın bu əməliyyatı 2019-cu ildə həyata keçirəcəyi bildirilir. Bu barədə ölkənin bir neçə il öncədən planlar qurduğu və ABŞ-ın da bundan xəbərdar olduğu deyilir.

Elm adamları Yerin ətrafındakı kommunikasiya peyklərinə zərər verə biləcək 3 min kosmik qırıntı olduğunu açıqlayıblar.

Xəbərdə bildirilir ki, Yaponiya sözügedən kosmik proqram sayəsində əldə etdiyi məlumatlarla ABŞ ordusuna da kömək edəcək. Beləliklə, iki ölkə arasındakı münasibətlər daha da inkişaf etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm