• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gənc qızların qoca ərləri – FOTOLAR

  • Maraqlı
  • 11 Sentyabr 2014 17:42
  • 744 Baxış
Gənc qızların qoca ərləri – FOTOLAR

Ərin arvadından yaşca dəfələrlə böyük olduğu nikahlara çox rast gəlinir. Müasir dövrdə də gənc, yaraşıqlı qadınlar özlərindən 10, 20, hətta 30 yaş böyük və varlı kişilərə ərə gedir.

Elə Publika.az aralarında çox yaş fərqi olan ailə qurmuş məşhurları təqdim edir.

Con Kliz və Cennifer Ueyd. Yaş fərqi 31 il. 2012-ci ildə ailə qurarkən Cenniferin 41, Conun isə 72 yaşı olub.

Rodni Dencerfild və Coan Çayld. Yaş fərqi 31 il. Onlar 1993-cü ildə ailə həyatı qurub və Dencerfild 2004-cü ildə (82 yaş) vəfat edənədək onlar bir yerdə olublar. Sonradan isə Coan Çayld 95 yaşlı milyonerlə nişanlanıb.

Dennis Hopper və Viktoriya Daffi. Yaş fərqi 35 il. Hopper 2010-cu ildə vəfat edərkən onlar boşanma ərəfəsində olub.

Vudi Allen və Sunn-İ Previn. Yaş fərqi 35 il. Onların münasibətləri 1991-ci ildə Allenin 56, Previnin isə 19 yaşı olarkən başlayıb. Onlar 1997-ci ildə ailə həyatı qurub və bir qız uşağını övladlığa götürüblər.

Aktyor Des O’Konnor və Cordi Bruk Uilson. Yaş fərqi 37 il. 17 il davam edən münasibətlərdən sonra onlar 2007-ci ildə ailə həyatı qurublar.

Hyu Hefner və Kimberli Konrad. Yaş fərqi 37 il. Konradın 26, Hefnerin isə 63 yaşı olarkən 1989-cu ildə ailə həyatı qurublar.

Patrik Stüart və Liza Dillon. Yaş fərqi 39 il.

Ronni Vud və Yekaterina İvanova. Yaş fərqi 41 il. "Rolling Stones" qrupunun üzvü 19 yaşlı rus gözəlçəsinə görə arvadını atıb.

Fred Aster və Robin Smit. Yaş fərqi 45 il.

Toni Körtis və Cill Vandenberq. Yaş fərqi 46 il. Onlar ailə həyatı qurarkən Körtisin 73, Vandenberqin isə 27 yaşı olub.

Dik Van Dayk və Arlen Silver. Yaş fərqi 46 il.

Hyu Hefner və Holi Medison. Yaş fərqi 54 il.

Hyu Hefner və Kristall Herris. Yaş fərqi 60 il. "Playboy" jurnalının əsasını qoyan Hefner öz modellərindən olan Kristall ilə ailə həyatı qurub.

Hovard Marşal və Anna Nikol Smit. Yaş fərqi 63 il. Onlar evliliyi Marşalın ölümünədək 13 ay çəkib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR