Reperdən əlillərə hörmətsizlik - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Reperdən əlillərə hörmətsizlik - FOTOLAR

Kanye Uest cümə günü Sidneydə verdiyi konsert zamanı pis vəziyyətə düşüb.

"Good Life" mahnısının ifası zamanı 37 yaşlı reper üzünü pərəstişkarlara tutaraq deyib: "Hamınız bir nəfər kimi ayağa durmasanız, oxumayacam!".

Treklərində özünü İsa adlandıran rep ifaçısı pərəstişkarlarına və eyni zamanda əlil arabasında oturan iki yeniyetməyə müraciət edərək ayağa durub rəqs etmələrini istəyib. Pərəstişkarlar ifaçının sözünü yerə salmayaraq ayağa durublar. Lakin Kanye üzünü iki gəncə tutaraq bir daha hamının istisnasız ayağa durmasını tələb edib. Ayağa durmayan əlil insanlara görə mahnı ifa etməyən Kanye, sözün əsil mənasında, onlardan əl çəkməyib. Sonradan Uest iki gəncin nəyə görə ayağa durmadığını aydınlaşdırmaq üçün zala cangüdən göndərib. Hər iki gəncin əlil olduğunu bildikdən sonra reper heç bir üzrxahlıq etmədən mahnısına davam etdirib.

İnternetdə isə ifaçının bu hərəkəti birmənalı qarşılanmayıb. Çoxları Uesti əlilləri təhqir etməkdə günahlandırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm