• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Toy gecəsi bizə gülünc gəlirdi – FOTOLAR

  • Maraqlı
  • 22 Oktyabr 2014 16:02
  • 2 081 Baxış
Toy gecəsi bizə gülünc gəlirdi – FOTOLAR

Bilirsinizmi, Bella Svon obrazına görə dünya Kristen Stüart kimi aktrisanı kəşf edib?

Kristen 8 yaşından filmlərə çəkilib və "Young Artist Award" mükafatına layiq görülüb.

Aktrisanın öz etirafına görə, "Alatoran" ("Twilight") filmi onun həyatını yaxşılığa doğru 180 dərəcə dəyişib. Kristen, demək olar ki, elə çəkiliş meydanında "doğulub".

"Bizim tərcümə" layihəsi Kristenin müsahibəsini təqdim edir:

-"Alatoran" filminin ekranlara çıxmasından sonra "Forbes" jurnalı sizi ən yüksək gəlirli aktrisa elan etdi. Öz uğurunuzu nə ilə ölçürsünüz?

-"Forbes" jurnalının bütün siyahıları ancaq cəfəngiyatdan ibarətdir. Bu, çox gülməlidir. Əslinə qalsa, siyahı düzdür, ancaq detallarda səhv var. Mən heç zaman pul qalağı üzərində oturan insan olmayacağam. Uğura gəldikdə isə, mən özümü heç vaxt arzuolunan aktrisa hesab etməmişəm.

-"Alatoran" filmi sona çatdıqdan sonra nə hisslər keçirdiniz?

- Bu vaxta qədər iştirak etdiyim layihələr çox da böyük olmayıb. "Alatoran" isə bizim düz 4 ilimizi əlimizdən aldı. Bu müddət ərzində isə biz yalnız bu layihədən ilişib qalmışdıq. Qəribədir ki, həmişə layihəni bitirmək üçün başlayırsan: istəyirsən ki, hekayəni bütün dünyaya çatdırasan. Ancaq 4 il ərzində gərginlikdə yaşamaq... Diqqətə layiq haldır. Ona görə də layihəni başa vurduqdan sonra içimdə yüngülləşmə hiss etdim. "Alatoran" filmini ürəyimə daha yaxın hiss etdim. Dörd il... sanki universiteti bitirdiniz.

- Görünür ki, çox təkəbbürlü insansınız...

- Mənim ilk vaxtlarda beynimdə yalnız işləmək ideyası vardı. Mən valideynlərimə baxırdım (atası rejissor köməkçisi və bir sıra şouların direktoru olub – tərc.) və onların gördüyü işdən həzz alırdım.

- İndi siz moda industriyasına da qatılmısınız. Burada sizi nə maraqlandırır?

- Həyatın hər bir mərhələsində özünə yaxın sahələr tapırsan. Mənim 15 yaşım olanda Nika Qeskyer ilə tanış oldum. Mənə dedilər ki, "Balenciaga" brendini reklam etməliyəm. Bu, mənə çox təəccüblü gəlmişdi. Axı mən heç bir dizaynerin adını belə bilmirdim. Mənim yaradıcılıq fəaliyyətim geyimlərlə bağlı deyildi. Moda nümayişi mənim hər hansı bir hekayəmi diqqətə çatdırmağıma yardım edir.

- Gündəlik istifadə etdiyiniz geyim üslubunuzdan söz düşdükdə, siz az qala, üzr istəyirsiniz...

- Bəli, mən bəzən üzr istəyirəm. Sadəcə, əynimdə rahat oturan cins geyimləri çox sevirəm. Özümü "Balenciaga" brendindən olan dəri gödəkcəsiz təsəvvür edə bilmirəm. Son 6 ayda hara uçurdumsa, təyyarədə o gödəkcədəcə yatırdım. Yəqin, gödəkcə cırılana qədər ondan əl çəkən deyiləm (gülür).

- Siz daha nə ilə məşğul olursunuz?

- Kinodan əlavə, mən gitarada ifa etməyi və oxumağı xoşlayıram.

-Yemək bişirməyi xoşlayırsınız?

- Dəlicəsinə xoşlayıram.

- Nə hazırlayırsınız?

- Mən italyan və köhnə amerikan yeməkləri hazırlamağı sevirəm.

- Sizinlə münasibət qurmaq çox asandır. Lakin bir çox insan əksini iddia edir. Bu, sizi narahat edirmi?

- Mən elə hesab edirəm ki, bu, dəhşətdir. İnsanlar mənim nə kimi narahatçılıq keçirdiyimi bilmir və bunu münasibət qurmaq istəməmək kimi qavrayır. Ancaq əksinə, mən, sadəcə, çox narahat oluram. Və yalandan hamıya guya yaxşı olduğumu göstərmək istəmirəm. Belə davranışımı isə hərə özünə görə qəbul edir.

- Sən mağaza və ticarət mərkəzlərinə rahat gedə bilmirsən. Bəs bu, səni narahat etmirmi?

- Xeyr. Mən əvvəllər də belə yerlərə getməmişəm. Ona görə də indi ora rahat gedə bilməmək faktı məni kədərləndirmir. Bilirsiniz, mən çox qəribəyəm, bəzi aktyorlar kimi ictimaiyyət qarşısında olmağı sevmirəm. Elə insanlar var ki, qəsdən restoran, bar və kafelərə gedir ki, kimsə onların şəkillərini çəksin. Bütün bunlar mənə lazım deyil. Mənə başqa şeylər xoş gəlir. Və məşhurluğuma görə həmin bəzi şeyləri edə bilirəm.

- Əgər sirr deyilsə, hansı şeylərdən söhbət gedir?

- Məsələn, mən böyük günəş eynəyi, papaqlı gödəkcə ilə küçəyə çıxmağı sevirəm. Mən elə geyinə bilərəm ki, siz məni heç vaxt tanıya bilməzsiniz.

- İşdən sonra boş vaxtlarında nə ilə məşğul olursan?

- Xüsusi bir şey olmur. Mən çox darıxdırıcı adamam. Düzdür, qolfu çox sevirəm. Bundan əlavə, dostlarımla filmə baxmağı, kitab oxumağı da xoşlayıram. Görürsünüz, xüsusi bir şey yoxdur. Adi insanın vaxt öldürməsinə bənzəyir. Açığı, heç boş vaxtım da yoxdur...

- Ən sevimli kitablarınız hansılardır?

- Oxumağı çox sevirəm, lakin kitab siyahımda vampirlər haqda kitaba rast gəlmək olmaz. Daha çox klassik və məşhur Amerika yazarlarının dram əsərlərini oxumağa üstünlük verirəm. Ən sevimli kitabım Con Steynbekin "Cənnətdən şərqdə" (East of Eden ) kitabıdır.

- Ailəniz haqda nə deyə bilərsiniz?

- Qardaşımın 27 yaşı var. Biz doğma bacı-qardaşıq. Lakin 13 yaşımda ikən kiçik qardaşım Teylor himayəyə götürülüb. Elə iki qardaşımın sayəsində mən də oğlan kimi böyümüşəm. Yəqin, onların təsirindəndir ki, qız kimi geyinməyi sevmirəm. Ailə üzvlərim də mənim kimi sadə insanlardır. Anam idman ayaqqabısı və cırıq maykalar geyinir, qolunda döymələr edib. Atam isə uzun saç saxlayır.

- Kiminlə yola getmək sənə daha çətin gəlir?

- Mənə elə gəlir ki, bütün problemlərin kökündə insanların uyğun olmayan vaxtda uyğun olmayan yerdə peyda olmalarıdır. Bu insanlar hər zaman məni qıcıqlandırırlar.

- Məktəb illərinizi necə xatırlayırsınız?

-Yuxarı siniflərdə məktəb yoldaşlarım məni sevməzdi. Mən sadə və ciddi qızcığaz idim. Elə o vaxtlarda kinolara çəkilməyə başladım. Əlbəttə, bu haqda heç bir sinif yoldaşıma xəbər belə verməmişdim. Lakin onlar məni ekranlarda gördükdən sonra yaxınlaşıb dostlaşmağa çalışdılar, suallar verdilər. Çalışırdım suallardan yayınım. Ona görə də məni çox vaxt ulduz xəstəliyinə tutulmuş özündənrazı bir insan kimi qəbul edirdilər...

- Heyvanlara olan sevginizdən danışın.

- Qeyri-adi heyvanlara üstünlük verirəm. İtim canavar və adi itin hibrid cinsindəndir. İtim "Alatoran" filmindən olan əcinnəyə bənzəyir. Pişiyim Maks da adi ev pişiyi ilə yırtıcı pişiyin qarışığıdır. Mən onsuz yaşaya bilmirəm, hara uçurumsa, onu özümlə aparıram. Lakin pişiyim təyyarəni elə də sevmir. Qışqırmağa, cırmaq atmağa başlayır. Dostlarımın çoxu elə hesab edir ki, pişiyim itimdən də yırtıcı və qorxuncdur.

-"Rayliyə xoş gəlmisiniz" filmində striptiz rəqqası rolunu canlandırmısız. Bu rol sizin üçün çətin oldu?

- Bəli, o rolu canlandırmaq üçün mən dərs də keçmişəm. Düzdür, filmdə striptiz göstərməyim tam aydın göstərilmir, lakin o rəqsi yerinə yetirərkən mən ayağımdan zədələnmişdim.

"Alatoran" filmində Kristenin tərəf müqabili və həyatda keçmiş sevgilisi olmuş Robert Pattison aktrisa haqda danışır:

- Kristen bəzən öz rolunda ilişib qalır və elə olurdu ki, özünü ciddidən vampir zənn edirdi...

Bizim fərqli qavrayış qabiliyyətimiz var. Mən hər şeyi səhv salıram, o, isə ilk növbədə fikirləşmədən, ürəyinin səsi ilə edir...

O, hər şeyi ürəyinə yaxın buraxır. Bəzən olurdu ssenarini oxuyarkən onunla zarafatlaşmaq qərarına gəlirdim. Özümü elə aparırdım ki, guya nəyisə başa düşmədim. Kristen isə əsəbləşərək ssenarinin vərəqlərini başıma çırparaq deyərdi: "Axı necə olur ki, sən bunu başa düşmürsən?! Hər şey ki, bu qədər aydındır!..

O, yeganə insandır ki, məni başa düşür...

Filmdə toy gecəsi səhnəsinin çəkilişləri bizə gülünc gəlirdi. Hamı deyirdi bu çətindir, lakin... Bu, həqiqətən də çətindir. Biz sanki çılpaq şəkildə oyun oynayırdıq...

Onun saçları xoşuma gəlir...

Məndən fərqli olaraq o, əsl aktrisadır...

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR