• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişiləri dəli edən qadının həyat hekayəsi – FOTOLAR

  • Maraqlı
  • 23 Oktyabr 2014 16:48
  • 2 252 Baxış
Kişiləri dəli edən qadının həyat hekayəsi – FOTOLAR

"Hollivudda uğur qazanmaq qaydaları nə dərəcədə düzgün bilib-bilməməyindən asılıdır. İçki içmə və pulları sağa-sola səpələmə, əks halda, kasıbçılıq içərisində öləcəksən. Çəkiliş meydançasına vaxtında gəl. Rejissorla yatma. Və əsas qayda: sekslə çoxlu pul qazanmaq olar".

Klassik Hollivudun ən parlaq ulduzu və qlamurlarından biri olan Lana Törner 1920-ci ildə dünyaya gəlib. O, uşaq olarkən atası vəhşicəsinə qətlə yetirilib. Qətlin üstü indiyədək açılmayıb. Anası isə əyləncəyə üstünlük verdiyindən qızına laqeyd yanaşıb. Nəticədə, gələcək aktrisa 10 yaşında uşaq evində düşüb. O heç məktəbi də sonadək bitirə bilməyib.

Qızcığaz uşaq evində ağır həyata dözməyərək oranı tərk edib və rəqqasə olmaq arzusuna düşüb. Beləliklə də, Lana "dilbər" ləqəbi ilə Los-Ancelesin gecə barlarında rəqqasəlik etməyə başlayıb...

Lana şanslı insanlardan biri hesab olunur. Belə ki, bir dəfə o, "Hollivud" adlı kafedə əyləşərək qəhvə içir. Birdən yanına alicənab görünüşlü kişi ona yaxınlaşıb, filmdə çəkilmək istəyib-istəmədiyini soruşur. Elə kişinin sayəsində Lana 1937-ci ildə 16 yaşında ikən kinoda çəkilmək üçün dəvət alır.

Şişman bədənli Lana artıq 20 yaşında Hollivudun ən parlaq ulduzlarından birinə çevrilir. Daha doğrusu, "Holluvudun ən seksual sarışını" adını qazanmış aktrisa Cin Harlou vəfat etdikdən sonra Lana onun yerini tutur. Məsum simalı seksual aktrisa qeyri-adi gözəlliyə malik idi.

Aktrisa daim kişilərini dəyişməsi ilə məşhur idi. 17 yaşında olarkən Lana artıq gecə klublarında vaxt öldürərdi. Onu zəngin kişilər – rejissor, aktyor və müğənnilər maraqlandırardı. Lina hər gecə o, özünə yeni kişi tapardı. Hətta iş o yerə çatmışdı ki, əxlaq qaydalarını pozduğu üçün aktrisaya kino industriyası tərəfindən xəbərdarlıq edildi. Lana nə az, nə çox, düz 8 dəfə ərə getdi. Onun heç bir izdivacının ömrü 3 ildən çox çəkmirdi. İlk əri ilə 1 ildən az izdivacda olan Lana yanlış adama ərə getdiyini düşünürdü – Arti Şou ona kosmetikadan istifadə etməyə icazə vermir, qaynanasını evlərinə qonaq gəlməyə qoymur, Lananın bişirdiyi spagettini yerə çırparaq, yeməyi bəyənmədiyini deyirdi.

Havay adalarında restoranlar şəbəkəsinin kralı hesab olunan milyarder Stefan Kreyn isə Lananın 2-ci və 3-cü əri olub. Təkrarən ərə getdiyi Stefan aktrisanın yeganə qızının atası idi. Lakin Lana onunla da uzun müddət yaşaya bilmədi.

"Mən 7 uşaq 1 ər arzusunda idim. İş elə gətirdi ki, hər şey tərsinə oldu".

Lana növbəti əri Leks Barker isə qadının azyaşlı qızına ilişirdi, buna görə cütlük ayrılmalı oldu...

Aktrisa sanki kişilərin qənimi idi. Bu canalan qadın qızğın keçən şəxsi həyatına rəğmən, 1940-cı illərdə bir sıra uğurlu filmlərdə çəkildi.

Lana yeganə övladı olan qızına vaxt ayıra bilmirdi. Onun qızı sanki yaraşıqlı gəlincik idi: aktrisa övladını evinə gələn qonaqlara göstərirdi, qızcığaz təzimlə qonaqlara salam verir, sonra isə anasının əyləncəsinə mane olmamaq üçün öz otağına göndərilirdi. Lanada analıq hissi, demək olar ki, yox idi. Onun qızına yalnız qulluqçusu və dayələr baxırdı. O, bir dəfə də olsun, qızına normal vaxt ayırmadı. Balaca qız da ana sevgisinin nə olduğunu bilmədi.

"Mən gecə klublarını, qızğın musiqini, gözəlliyi və daha çox kişiləri sevirəm"

Lana hərbi istiqraz satışında ölkəsinə yardım edib. Belə ki, o, 50 min dollar dəyərli istiqrazı alan hər kəsi öpəcəyini vəd verir. Törner etiraf edib: "Mən 100 dəfə öz vədimin üzərində durmuşam. Mənə dedilər ki, bununla ölkə büdcəsini bir neçə milyon dollara qaldırmışam".

Lana Hollivudda qazandığı şan-şöhrətindən məmnun idi. Bütün Amerika jurnalları onu ən nüfuzlu qadınlar siyahısında görürdü. Onun qarşısını nə dəfələrlə ərə getməsi, nə də qızı ala bilirdi. Hər dəfə boşandıqca Lana bu sözləri deyərdi: "Mən bir daha heç bir kişiyə aşiq olmayacağam". Bu, sadəcə, söz idi və bir müddət sonra Lana növbəti milyarder kişinin qucağına atılırdı. Mətbuatda ona artıq "müasir Messalina" (Romada əxlaqsızlığı ilə seçilən imperator arvadı) titulu verilmişdi.

Başgicəlləndirici şöhrətdən sonra Lana özünə macəra axtarırdı. Görünür, o, "macəranı" qanqsterlərin əhatəsində tapdı. Hər gecə bir əxlaqsızlıq yuvasından digərinə gedən Lana son anda Mikki ilə tanış olur. Mikki gizli qumarxana, əxlaqsızlıq yuvalarının sahibi və narkotik alverçisi, banda başçısı idi. Onun cangüdəni isə italyan əsilli Conni Stompanato idi. Conni sarışın Lanadan ötrü dəli-divanə idi. Qanqster və Hollivud aktrisası arasında sevgi romanı getdikcə böyüyürdü. Bu söz-söhbətlər Lananı heç narahat da etmirdi. Hətta bir dəfə kino çəkilişləri zamanı Lana aktyor Şon Konneri ilə sevgili rolunu canlandırarkən quldur sevgili Şona yaxınlaşaraq ona sillə vurmuşdu. Bəhanəsi də buydu ki, guya Şon, Lananı özünə tərəf möhkəm sıxıb. Kino qaydalarını pozaraq çəkiliş meydanına hücum edən Conni tapançanı çıxardaraq Şona tərəf sarıdı. Lakin Şon Konneri cəld hərəkəti ilə tapançanı Conninin burnuna dirədi. Son anda isə Conni hirsini çıxmaq üçün Lananı döyməli oldu...

Lananın 14 yaşlı qızı Çeril anasının qanqster sevgilisi Connini elə ilk gündən sevmədi. O, anasının "latın əsilli sevgilisinə" yaxşı münasibət göstərirdi, lakin yeniyetmə Çeril anasında ondan ayrılmağı tələb edirdi. Lana özü də qızının fikirləri ilə razı idi. Seksual sarışın Lana istədiyi kişidən anındaca ayrıla bilərdi, amma...

İtalyan qulduru Conni Stompanato onu əldən buraxmaq istəmirdi. Conni Lananı döyürdü, hətta quldur onu öldürməyə hazır idi. Conni, Lananı başqa kişiyə ötürmək istəmirdi. Lana onu özü ilə "Oskar" mükafatının təqdimetmə mərasimini aparmırdı, sevgilisini ictimaiyyət qarşına nadir hallarda çıxarırdı. Axı Lana onun görkəmindən utanırdı!..

Həmin günü Conni əlinə ülgüc aldı. Lana ondan qorxurdu, lakin qadın dəfələrlə ayrılmağı tələb etmişdi: aktrisanın onun görməyə gözü yox idi. Conninin əlində ülgüclə görən Çeril qorxudan mətbəxə qaçdı və bıçağa əl atdı. Qız otağa qayıdarkən Conni zərbə endirmək üçün əlini qaldırmışdı. Çeril onu qabaqlayaraq bıçağı dəstəyinə qədər Connin qarnına soxdu. Tədqiqatların ilkin versiyası belə idi.

Çoxları isə hesab edirdi ki, anadan çox balanı xilas etmək lazım idi, çünki qanqster ona da hücum etmişdi. Qətlin bütün günahını Çeril öz boynuna götürdür. Qanuna görə, yetkinlik yaşına çatmayan qızcığaza qarşı heç bir təhlükə yox idi.

Çerilin günahı sübuta yetirildi və o, məhkəməyə çıxarıldı. Mətbuat isə bütün günahı Lananın üzərinə atırdı. Sarışın Lana Törner məhkəmə zalına qara eynək, gözəl saç düzümündə gəldi. Verilən abırsız və qəddar suallardan sonra Lana ağlayır, huşu özündən gedir və yerə yıxılırdı. Özünü günahsız göstərməyə çalışan Lananın hərəkətinə görə ona "Oskar" vermək lazımdır – bu fikirlər üstünlük təşkil edirdi. Son anda qızcığaz bəraət qazandı.

Başqa bir versiyaya görə, Connini elə Lana özü qətlə yetirmişdi. Bu barədə dəqiq heç nə məlum deyil.

Bundan əlavə, Lana qızı Çerilə vaxt ayırmamaqda və onun tərbiyəsi ilə məşğul olmamaqda günahlandırıldı. Buna görə də, Çeril anasından alınaraq nənəsinin himayəsinə verildi.

Bundan sonra onun həyatında yeni bir dönəm başladı. Lana isə hələ də ərinin qumar oyunlarında uduzduğu borcları ödəyirdi. Bununla yanaşı, onun evi də qarət olunmuşdu. Ehtimallara görə, mafiya üzvləri Lanadan intiqam alırdı. Artıq bütün ölkə Lanadan üz döndərirdi. Qanqsterlə münasibəti və adının cinayətdə hallanması onun karyerasına təsir etmişdi. Yaşanmış qalmaqaldan sonra kino industriyası qərar çıxartdı: Lana Törner onları artıq bir aktrisa kimi maraqlandırmırdı.

1959-cu ildə "Həyatın təqlidi" filmindəki rolu ilə o, hələ də yaxşı aktrisa olduğunu sübut edir. Bununla belə, bütün səylərə baxmayaraq, tezliklə Lananın yerini Merilin Monro tutur. Törnerə isə artıq, yaşlı qadın rolları həvalə olunur. Zamanla o, nadir hallarda filmlərə dəvət olunur. Lakin Lananın gözəl bədən forması ölən gününədək hər bir kişinin ağlını başından ala bilirdi...

Lana şəxsi həyatını qaydasına salmağa çalışırdı. 43 yaşında ikən o, özündən 10 yaş kiçik Robert İtonla tanış olur. Lana bu dəfə sevgilsinə qarşı həqiqi hisslər bəsləyirdi, amma...

Törner Vyetnama gedərək əsgərlər qarşısında çıxış edir. Səfərdən qayıdarkən aktrisa ərinin ona xəyanət etdiyini öyrənir. Həyatı boyu femme fatale (məşum qadın) obrazını canlandıran Lana xəyanəti qəbul edə bilmir və özünün aldadılmış, bədbəxt qadın obrazı yaradır.

"Xəyanət öz-özlüyündə pis şeydir. Mən heç zaman onu bağışlaya bilmədim. Ən pisi isə odur ki, bu xəyanət mənim çarpayımda baş vermişdi!"

Maraqlıdır ki, Lana özü bundan əvvəlki ərinə xəyanət etdiyi üçün boşanıb. Lana özünə gəlməyə hazırlaşırdı ki, bu dəfə zərbə qızından gəldi: Çeril lezbiyan olduğu etiraf edərək rəfiqəsi ilə yaşamağa başladı. O, bunun günahını özündə axtarırdı. Qızına vaxtında qayğı göstərməmişdi...

Lana boğaz xərçəngi ilə uzun müddət mübarizə apardıqdan sonra 1983-cü ildə vəfat edib. Ölümündən sonra isə onun xatirələri əsasında "Lana – qadın, əfsanə, həqiqət" adlı bioqrafik kitab nəşr olunub.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR