• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Facebook” dostları ilə görüşmək üçün ailə evini satdı - FOTOLAR\VİDEO

  • Maraqlı
  • 28 Oktyabr 2014 09:45
  • 597 Baxış
“Facebook” dostları ilə görüşmək üçün ailə evini satdı - FOTOLAR\VİDEO

Böyük Britaniyadan olan ər və arvad "Facebook" sosial şəbəkəsində olan 500 dostu ilə şəxsən görüşmək üçün evini sataraq Avropaya səyahətə çıxıb.

Devid və Debi Herst iki oğlu ilə birlikdə bir neçə ay davam edəcək səyahətə çıxıb. Səyahətin pulunu ödəmək üçün ailə evini satmalı olub.

Ailə sosial şəbəkəsində olan hər dostu ilə görüşərək "selfie" çəkdirir və xərçəng xəstəliyi ilə mübarizəyə görə 3,2 dollar ianə alır. Ailə görüşdüyü dostlarını da bu hərəkata səsləyib. Səyahətin xərcini ödəmək üçün evini satan ailə 450 min dollara treyler alıb.

Ailə "Face2Face" layihəsi çərçivəsində səyahəti Şotlandiyadan başlayıb. Bundan sonra ailə Avropaya yollanacaq. Onlar vətənə yalnız gələn ilin yanvar ayında qayıdacaq.

Ailə başçısı Devid Herst deyib: "Bizim "Face2Face" adı verdiyimiz layihə 3 il bundan qabaq formalaşıb. O zaman bizim bir qohumumuz qida borusu xərçəngindən vəfat edib. Bir ildən sonra isə mənim ən yaxın dostum xərçəng xəstəliyindən vəfat edib".

Cütlüyün sözlərinə görə, onların layihəsi insanlara ailə və dostların həyatda ən dəyərli olmasını çatdırmaqdır. Həmçinin cütlük bildirib ki, bu hərəkəti etməklə insanları internet üzərindən yox, real həyatda görüşməyə səsləyib. Onlar insanların kompüterdən ayrılıb, heç zaman və uzun müddət görmədikləri dostları ilə görüşəcəyinə ümid edir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR