Dünyanın ən bahalı saatı 21,3 mln dollara satılıb - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən bahalı saatı 21,3 mln dollara satılıb - FOTO

Dünyanın ən bahalı cib saatı Cenevrədəki Sotheby's hərracında 21,3 mln dollara satılıb.

Publika.az xəbər verir ki, 24 karatlı qızıl korpusa malik Henry Graves Supercomplication saatının çəkisi 500 qrammdır. Saat 1930-cu illərin sonunda Nyu York bankçısı Henry Graves-in sifarişi ilə İsveçrənin Patek Philippe şirkəti tərəfindən hazırlanıb.

Henry Graves başqa bir zəngin adamla bəhsə girərək dünyada ən mürəkkəb mexanizmli saat sahibi olacağını deyib. Henry Graves Supercomplication saatında 24 müxtəlif mexanizm mövcuddur. 920 hissədən ibarət saatın hazırlanmasına 8 il tələb olunub.

Saat hərraca son sahibi Səud bin Məhəmməd əl Taninin vəfatından iki gün keçmiş çıxarılıb. Qeyd olunur ki, satışdan əldə olunan vəsait mərhumun Sotheby'sə olan borcunu ödəcəyək.

Henry Graves Supercomplication 56 il ərzində dünyanın ən mürəkkəb mexanizmə malik saatı adını özündə saxlaylb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm