Qəribə qanunlar
Bizi izləyin

Bilgi.az

Qəribə qanunlar

Dünya qəribəliklərlə doludur. Hər ölkənin özünəməxsus qəribə adət və ənənələri mövcuddur.

Publika.az ABŞ-ın bir sıra ştatlarında hökm sürən maraqlı qanunları təqdim edir.

ABŞ, İndiana

İnsanlar sarımsaq yedikdən sonra 4 saat ərzində kinoya, teatra və tramvayda gedə bilməzlər.

Oktyabr və mart ayları aralığında vanna qəbul etmək olmaz.

ABŞ, Mak-Laf

Çıxarıla bilən diş protezini ictimai fontanda yumaq qadağandır.

ABŞ, Uiçita

Ata qızının pərəstişkarını odlu silahla hədələyə bilməz.

ABŞ, Kentukki

Kentukkidə qadınlar şosedə çimərlik geyimində gəzişə bilməzlər. Gərək bunun üçün qadının yanında 2 polis nəfəri olsun, ya da qadın taxta ilə silahlanmalıdır.

ABŞ, Minnesota

Qanuna görə, kişi və qadın alt paltarları eyni zivədən asıla bilməz.

Çılpaq yatmaq qanuna ziddir.

ABŞ, Sent-Luis

Küçələrin birində səkidə oturub vedrədən pivə içmək qanuna ziddir.

ABŞ, Kresskil

Pişiklərin boynundan, ən azı, üç zınqırov asılmalıdır ki, öz gəlişi ilə quşlara xəbərdarlıq edə bilsin.

ABŞ, Nyu-York

Vitrində çılpaq manekenin qoyulması qanuna ziddir.

Meyiti borca görə həbs etmək qanuna ziddir.

Nyu-Yorkun Karmele şəhərində əgər kişi küçəyə pencəyinə uyğun gəlməyən şalvarda çıxarsa, cərimə oluna bilər.

ABŞ, Klivlend

Qadınlar laklı ayaqqabı geyinə bilməz. Çünki kişilər ayaqqabının əksindən onların alt paltarını görə bilər.

ABŞ, Pensilvaniya

Xüsusi qərara görə, ev sahibi evdəki toz və zibilləri palazın altında gizlədə bilməz.

Balığı ağzından savayı başqa bir yerindən ovlamaq olmaz.

Pensilvaniyada bir evdə 16-dan çox qadın yaşaya bilməz (qanunvericiliyə görə, 17 qadın olarsa bu, artıq əxlaqsızlıq yuvasıdır). Lakin qanun 120 kişinin bir yerdə yaşamasına icazə verir.

ABŞ, Cənubi Dakota

Əgər sizin mülkiyyətinizin yanında 5 nəfərdən artıq hindu görsəniz, sizin onlara atəş açmaq hüququnuz var.

ABŞ, Texas

Texasda "Britanika" ensiklopediyasi qadağandır. Çünki orada ev şəraitində yeməklərin hazırlanma resepti var.

ABŞ, Vaşinqton

Bir insanın valideynlərini imkanlı şəxslər kimi qələmə verməsi qadağandır.

ABŞ, Aydaho

Aydahoda yalnız dəvənin belində oturmaqla balıq tuta bilərsiniz.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm