• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ha çalışdım, çevrəm mən deyən olmadı – BEŞMƏRTƏBƏ

  • Maraqlı
  • 29 May 2012 11:59
  • 185 Baxış
Ha çalışdım, çevrəm mən deyən olmadı – BEŞMƏRTƏBƏ

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə, qocalmaq istəmirəm.

2. Çevrənizi...

- Hə, bu fikrə tez-tez düşürəm, ha çalışdım, çevrəm mən deyən olmadı.

3. Adınızı...

- Hə, adımın mənası xasiyyətimə uyğun olsa da, daha müasir bir ad olmasını istərdim.

4. Yaşınızı...

- Hə, 20 yaşıma dönsəydim həyatımı başqa cür qurardım, jurnalistikanın başqa nöqtəsində olardım.

5. Bədəninizi...

- Hə, daha uzunboylu olmaq istərdim.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox, yadı yağı doğrasın….(Nənəmdəm yadigar qalan sözdü).

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox, belə bir arzum ola bilməz, çünki onunla hər gün görüşürəm, bir evdə yaşayırıq.

3. Məhəmməd Füzuli ilə...

- Yox, bilmirəm, o, istəyərdimi görəsən?

4. Vanqa nənə ilə...

- Yox, qoy hər şey sirr olaraq qalsın.

5. İlk insan olan Adəmlə...

- Yox, Həvvanın nə edəcəyi bəlli olmaz.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə, bəzən düşünürəm ki, həyatı dərk etmədən yaşamaq yaxşıdır.

2. Uzaq bir yer üçün...

-Hə, Laçın yaman yadıma düşür!

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

-Hə, onlar çox olmasa da...

4. Gələcəyi gözləməkdən...

- Yox. GƏLƏCƏK - onun gəlib-gəlməyəcəyini kimsə bilməz ki?

5. Bəzən səbəbsiz...

- Yox. Səbəbsiz heç nə olmur.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Yox, vaxt olmur, oxuya bilməsəm də toxuna bilirəm.

2. Hər səhər qəzet...

- Hə, elektron variantlarını.

3. Elektron material...

- Hə, jurnalistə bu nə sual?

4. Mahnı...

- Yox, yaxşı ki yox...

5. İnsanları üzündən...

- Hə, amma bəzilərini… Məncə, çox ləng oxuyanlardanam…

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Hə, işimi, oğlumu, ailəmi, torpağımı, bəzi insanları…

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox, şübhəm var.

3. Allaha...

- Hə, hər şeydən çox.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Hə, belə aldanışlarım çox olub.

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox, dəli olmamışam ki?

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR