Bilgi.az
Edam olundu, 18 il sonra bəraət aldı... – FOTO
Çində 1996-cı ildə edam olunmuş gənc oğlan 18 ildən sonra günahsız elan edilib. Məhkəmənin apardığı təkrar istintaqdan sonra belə bir qərar verilib. Günahsız yerə edam olunduğu üçün Çin məhkəməsi oğlanın valideynlərindən üzr istəməli olub.
Edam olunmuş Huuqci adlı çinli gənc oğlan qadını zorlayaraq qətlə yetirməkdə şübhəli bilinib. Çinin Ali məhkəməsi 18 ildən sonra gənc oğlanın günahkar olmadığını aydınlaşdırıb.
Yeni hökm mərhumun dostu Yan Fenin verdiyi bəyanat əsasında verilib. Yan dostu Huuqci ilə birlikdə olarkən Huh-Hoto şəhərində yerləşən yaşayış evlərdən birinin ictimai ayaqyoluda qadın qışqırtılarını eşidib. Yan Fen evin yanından keçməyi məsləhət bilsə də, dostu Huuqci kömək üçün içəri daxil olub. Bundan əlavə, Huuqci hadisə ilə bağlı polisə xəbər verməyə gedib. Lakin Yan Fen dostunu bu addımı atmamağa çağırıb.
Amma 2005-ci ildə əsl qatil Çjao Çjihun həbs edilib və o, polisə həmin qadını zorlayaraq qətlə yetirməsini etiraf edib. Lakin cinayət hadisəsinin təkrar baxışı hələ indi keçirilib.
Səhvən edam olunmuş oğlanın valideynlərinin vəkili isə hökumətdən kompensasiya tələb edir.
Çinin Ali məhkəməsi zərərçəkmişin ailəsinə 30 min yuan (5 min dollar) kompensasiya vermək niyyətindədir.
Nura
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO