Kinoteatrın çarpayıları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kinoteatrın çarpayıları – FOTOLAR

Rusiyanın Moskva şəhərində "Kinostar De Luxe" adlı kinoteatr açılıb.

Kinoteatrın özəlliyi ondan ibarətdir ki, burada ziyarətçilər kinoya adi stullarda əyləşib baxmırlar. Stulları iki nəfərlik çarpayılar əvəzləyib. Kinoteatr öz qapılarını ziyarətçilərin üzünə dekabrın 14-də açıb.

Seansın müddətindən asılı olaraq biletlərin qiyməti 3 dollardan 7 dollara kimi dəyişir. Zalda cəmisi 16 çarpayı var və siz çarpayınıza istənilən sayda adam dəvət edə bilərsiniz: yəni tək, ya sevgilinizlə gələ bilər, ya da bütün ailəni gətirə bilərsiniz.

Belə bir kinoteatrın yaranmasında şirkət bir məqsəd güdür: insanlarda bir-birinə qarşı sevgi yaratmaq – çünki ziyarətçilər kinoya eyni adyal altında baxmalı olurlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm