• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Təhsili olmayan milyarderlər: onların arasında azərbaycanlı da var – FOTOLAR

  • Maraqlı
  • 18 Dekabr 2014 16:00
  • 2 176 Baxış
Təhsili olmayan milyarderlər: onların arasında azərbaycanlı da var – FOTOLAR

Bəzi milyarderlər var ki, onlar ya ali təhsil almayıb, ya da ki təhsillərini başa vura bilməyiblər. Publika.az normal təhsil görmədən milyarderliyə yüksələn insanları təqdim edir.

Zarah İliyev

Varidatı – 3,6 milyard dollar

Zarah İliyevin 17 yaşı olarkən Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə yəhudi yaşayış yerini tərk edərək, Moskvaya köçüb. Amma o, Moskvaya təhsil almaq üçün getməyib.

Gələcək milyarder Rusiya paytaxtında ticarətlə məşğul olub. O, Profsoyuznaya və Qaribaldi küçələrinin kəsişməsində gül satmaqla pul qazanıb. Bir neçə ildən sonra isə Zarah elə bu küçələrin kəsişməsində "Panorama" ticarət mərkəzini tikdirib.

Qavril Yuşvaev

Varidatı: 1,7 milyard dollar

Gənc yaşlarında Moskvaya gələn Mahaçqala sakini Qavril Yuşvaev də ali təhsil almayıb. 23 yaşında o, soyğunçuluğa görə həbs olunaraq ömrünün 9 ilini dəmir barmaqlıqlar arasında keçirib. 1989-cu ildə həbsxanadan çıxdıqdan sonra gələcəkdə gələcəyin digər təhsilsiz milyarderi David Yakobaşvili ilə "Triniti" avtosalonunu açıb. Salonda Amerikan maşınları satılırdı.

Sonra isə biznesmenlər kazino açıblar.

Oleq Tinkov

Varidatı: 1,4 milyard dollar

O, hələ məktəbdə ikən şose kənarında satılan malları ucuz qiymətə alıb satmaqla məşğul olardı. Oleq xarici vətəndaşlara cins şalvar və parfümeriya malları satardı.

Sonra isə Oleq Sinqapurdan aldığı 7 dollarlıq kalkulyatorları 10 dəfə baha satmaqla pul qazanıb.

Valeri Koqan

Varidatı: 2,5 milyard dollar

Valeri Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibidir. "Forbes" jurnalı onun harada ali təhsil aldığını müəyyən edə bilməyib. Domodedovo hava limanın mətbuat xidmətindən də onun təhsil almasını nə inkar, nə də təsdiq ediblər.

Roman Abramoviç

Varidatı: 9,1 milyard dollar

"Çelsi" klubunun sahibi və siyasətçi Uxtin universitetində meşə texnikası fakültəsində təhsil alırmış. Lakin təhsilə marağı olmadığından Abramoviç tezliklə tələbəlikdən imtina edib.

Maykl Dell

Varidatı: 18 milyard dollar

Maykl ilk qazancını hələ məktəbdə təhsil alarkən qazanıb. O, vətəni Hyustonda qəzet və jurnal satmaqla məşğul olub. Sonra isə Maykl kompüterlə maraqlanaraq kustar üsulu ilə hazırlanmış elmi hesablama maşınları satmağa başlayıb. Onun hazırladığı EHM-lər o dərəcədə maraq doğurub ki, Maykl təhsil almadan "Dell Computer Corporation" şirkətinin əsasını qoymaqla, dünyanın ən yaxşı kompüterlərindən birini hazırlamağa başlayıb.

Mark Zükerberq

Varidatı: 28,5 milyard dollar

Mark Harvard universitetində psixologiya fakültəsində təhsil aldığı zaman yoldaşları ilə birləşərək 2004-cü ildə "Facebook" sosial şəbəkəsinin əsasını qoyub. Mark da ali təhsilini başa vurmayıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR