Bilgi.az
CIA-nın qorxunc təcrübəsi -
Fransada bir qəsəbədə 60 il əvvəl yaşanan kütləvi isteriya krizinə CIA-nın bioloji silah təcrübəsinin səbəb olduğu iddia edilib.
Fransanın cənubundakı bir kənddə yaşayanlar 60 il əvvəl birdən-birə qarabasmalar görməyə başlayıb. Kəndin sakinlərinin bəzilərinin sonu ruhi xəstəxanada bitib, bəziləri isə vəfat edib.
Hadisənin səbəbi qorxunc bir təcrübə olub. Amerikalı bir jurnalist tərəfindən aparılan araşdırma nəticəsində 60 il əvvəl Fransada bir kəndin sakinlərinin CIA-nın təcrübəsi nəticəsində dəli olduğu ortaya çıxıb.
Araşdırmaya görə, CIA kəndlilərin çörəyinə qarabasma və isteriyaya yol açan LSD qatıb. 1951-ci il avqustun 16-da yaşanan və lənətli çörək kimi tarixə düşən hadisədə beş adam ölüb və yüzlərlə adam qorxunc qarabasmalar görərək dəli olub.
Jurnalist H.P. Albarelli araşdırması nəticəsində əldə etdiyi sənədləri göstərərək CIA-nın testlərinin belə bir hadisəyə gətirib çıxardığını deyib.
Onun fikrincə, CIA-nın 1975 -ci il tarixli Ağ Ev hesabatında bu hadisəyə istinad edilib. CIA kəndin çörəklərinə bilərək LSD adlı sintetik narkotik qatıb və nələr olacağını görmək istəyib. Albarelliyə görə, bu təcrübə ABŞ ordusu tərəfindən keçirilib.
Fransanın cənubundakı Pont-Saint-Espritdə baş verən hadisədə kəndlilərdən biri ilanların onu yediyini düşündüyünü deyib. Bütün kənd camaatı polisə daimi əjdaha gördüklərini, özlərinə hücum etdiyini deyirdi. Bir uşaq bıçaqla nənəsinə hücum edib.
Bir digəri “Mən təyyarəyəm” deyərək özünü ikinci mərtəbədən aşağı atıb. Həkimə gedən bir nəfər isə “Ürəyim çıxıb, nə olar onu yerinə taxın” deyə yalvarıb. Küçələr dəli insanlarla dolub daşıb.
Fransa tarixinə düşən hadisəyə “Lənətli Çörək” (Le Pain Maudit ) adı verilib. Mütəxəssislərə görə, LSD qəbul edən insanlar daha sonra təlqinlə istənilən hər şeyi edə bilirdi.
Nərgiz
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan