• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qəza ilə gələn zəka və ya axmaq dahilər - VİDEO, FOTO

  • Maraqlı
  • 12 Yanvar 2015 08:01
  • 1 322 Baxış
Qəza ilə gələn zəka və ya axmaq dahilər - VİDEO, FOTO

Düşünün ki, başınız bir yerə dəydi və bir neçə gün özünüzə gələ bilmədiniz. Oyandığınızda isə hər şeyi fərqli görməyə başlayırsınız, musiqini, rəsmi, riyaziyyatı və bir çox şeyi… İfa edə bilmədiyiniz musiqi alətlərindən ustalıqla istifadə edirsiz, rəsm çəkməyə, ya da riyazi düsturlar həll etməyə başlayırsınız. Bu xəstələrə fransızcadan gələn ‘idiot savant' deyilir. Axmaq dahilər də deyilən savantların bir qisimi autizmli, bir qisimi də beyin zədəsi almış insanlardı.

Yəqin Tom Kruz və Dustin Hoffmanın oynadığı "Yağış adam-Rain Man" filmini xatırlayırsız. Əslində bu filmin ilham mənbəyi Kim Pik autizmli bir savantdır. Kim Pik o qədər qabiliyyətlidir ki, eyni anda iki səhifəni (hər gözü bir səhifə) oxuya bilir və anında yaddaşında saxlaya bilirdi. 2009-da ölənə qədər Kim Pik NASA-nın də marağını çəkən dahilər sırasında idi. Kim Pik 12.000-dən çox kitabı yaddaşında saxladığından onu yeriyən kitabxana da adlandırırdılar.

Qeyd etdiyimiz kimi, savantlar normal insanlarda da, bəzi nevroloji xəstəliklər və ya beyin zədələri səbəbi ilə ortaya çıxa bilir. Bunun ən maraqlı nümunələrindən biri də Derek Amatodur. O, əvvəl yalnız satış təlimçiliyi edən normal bir insan idi. Lakin 39 yaşında başını hovuzun kənarına vurduqdan sonra həyatı dəyişdi. Məlum zərbədən huşunu itirən Amato özünə gəldiyində 35% eşitmə qabiliyyətini və yaddaşını itirir. Amma ömründə bir dəfə d\ə olsun pianoya toxunmayan şəxs özünə gəldiyində mahir pianoçu oldu.

Və yaxu da New Yorkda bir ortopedik cərrah olan Tony Cicoria telefon köşkündən anasına əzng edərkən ildırım vurdu. Bundan sonra klassik pianonda ifa etməyi öyrəndi.

Alonzo Clemens isə üç yaşında yıxıldıqdan sonra yaddaşını itirdi. Amma mükəmməl heyvan heykəlləri yaratmağa başladı. Və yaxud da Beethoven belə ildə 500 bəstə yazarkən, Cicoria ildə 2500 mahnı bəstələyir. Bütün bunların hamısı da keçirdiyi qəzadan sonra baş verib.

Bir çox belə nümunələr göstərmək olar. Onlardan bəzilərini təqdim edirik:

Kim Pik

Yağış adam filminin ilham qaynağı olan autizmli meqa savant. 12,000-dən çox kitabı əzbərdən yadda saxladığı deyilir. Kim Pik bir kitabın iki səhifəsini eyni anda oxuya bilirdi. NASA Kim Peek kimi qeyri-adi dahiləri işıqdan sürətli gedən kosmos gəmiləri üçün istifadə edə biləcəyini , çətin problemlərin həllinə cəlb etmək istəyirdi. Amma Kim Pikin 19 dekabr 2009-cu ildə infarktdan ölməsi onların planını pozdu.

Stephen Wiltshire

Autizmli rəssam Wiltshire 8 yaşından bəri binaları çəkir. O qədər yaxşı bir fotoqrafik yaddaşı var ki, New York şəhərinin üzərində vertolyotla qısa bir uçuşdan sonra on kvadrat kilometrlik bir sahənin bütünündəki binaları, çayları hətta dairə nömrələrinə qədər dəqiqliklə öz əsərində əks etdirə bilir. Wiltshire London, Paris, Madrid, Roma, Frankfurt, Qüds, Hong Kong, Barjası kimi şəhərləri də eyni şəkildə çəkdi. İnanılmaz dərəcədə göz yaddaşına sahibdi.

Leslie Lemke

Leslie Lemkenin şifahi IQ-sü yalnız 58-dir . Doğuşdan kor olan sovantın inanılmaz bir musiqi qabiliyyəti var. 14 yaşında yalnız Çayskovskinin bir filmdə eşitdiyi əsərini dərhal pianoda ifa edib. Bu gün dünyanın bir çox yerində konsertlər verir və minlərlə parçanı əzbərdən çala bilir.

Flo və Kay Lyman

Tək yumurta əkizi olan bu autizmli savantlar gələcəkdən hansı günü tarixi soruşsanız anında cavablandıra bilir. Ayrıca yaxşı bir avtobioqrafik yaddaşa sahib olduqlarından soruşduğunuz hansı tarixdə nə geydiklərini, nə yediklərini anında deyə bilirlər.

Daniel Tammet

Daniel Tammet tam bir riyazi dahidir. Pi sayının 22,514 rəqəmini əzbərdən bilir. Rəqəmlərin və günlərin fərqli rənglərə və romantik tonlara sahib olduğunu söyləyir. Üzərində edilən bəzi araşdırmalarda sinestezik olduğu kəşf edildi. Danieldəki bu sinesteziyanın Asperger Sindromuyla əlaqəli ola biləcəyi ehtimal edilir. Bir həftədə yeni bir dil öyrənə bilir.

Jim Carollo

Sonradan savant olan Carollo 14 yaşında keçirdiyi ciddi bir yol qəzasından möhtəşəm bir riyaziyyat və həndəsə bacarığına sahib oldu. Heç dərs almadığı halda triqonometriya dərsindən müvəffəqiyyət qazandı.

Jon Sarkin

Beyin qanaması və iflic keçirdikdən sonra hər şeyi daha fərqli görən köhnə masajçı, bu gün təkrarolunmaz rəssamdı.

Əslində beyin bu gün inkişaf etmiş ən qeyri-adi orqanimzdir. Bəlkə hələ nəyəy qadir olduğunuzun fərqində deyilsiz. Amma yenə də Siz qeyri-adi qabiliyyətinizi üzə çıxarmaq üçün başınızı harasa vurmağa cəhd etməyin. Çünki heç də başını harasa vurnlar özlərinə gəlfikdə dahi olmurlar. Hətta özünə gəlməyənlər də olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR