Minaaxtaranın son səhvi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Minaaxtaranın son səhvi - FOTOLAR

Ötən həftə naməlum şəxslər Misirin polis şöbələrindən birinə telefon zəngi edərək Qahirə yaxınlığındakı Gizə şəhərində yanacaqdoldurma məntəqəsinə bomba qoyulması xəbərini veriblər.

Dərhal hadisə yerinə minaaxtaranlar briqadası göndərilib. Polis yanacaqdoldurma stansiyasının işçilərini və yaxınlıqdakı ticarət obyektlərinin satıcılarını hadisə yerindən təxliyyə edib.

Minaaxtaranlardan biri əldəqayırma bombanı zərərsizləşdirməyə çalışıb. Lakin səhvə yol verib.

Partlayan bomba onu yerə sərib. Əynində qoruyucu kostyumun olması belə minaaxtaranın həyatını xilas etməyib.

Publika.az hadisənin fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm