Bilgi.az
Taksi sürücüsü 1 dəqiqəyə 1000 dollar qazandı
ABŞ-ın Filadelfiya ştatında taksi fəaliyyəti ilə məşğul olan sürücü 1 dəqiqəsinə təxminən 1000 dollar qazanıb.
Publika.az xarici mətbuata istinadən məlumat verir ki, qəribə hadisə dekabr ayının 13-də baş verib. Belə ki, müştəri taksiyə əyləşərək bir dəqiqədən sonra düşüb. Lakin o, 1 dəqiqəyə görə, taksi sürücüsünə 1000 dollar pul ödəyib. Bu xəbər düz 1 aydan sonra mətbuatda yayımlanıb.
Taksi sürücüsü Umar Meyqin dediyinə əsasən, naməlum müştəri avtomobilə əyləşdikdən sonra ondan hal-əhval soruşub və həyatı ilə maraqlanıb. Bundan əlavə, müştəri avtomobilin təmiz olmasını da taksi sürücüsünə bildirib. 2 kilometr məsafə getdiyi üçün müştəri sürücüyə 4 dollar xidmət haqqı və 990 dollar da əlavə ödəyərək avtomobildən çıxıb. Meyq avtomobildən çıxaraq naməlum müştərinin ardınca düşüb pulu qaytarmaq istəyib. Lakin səxavətli müştəri ona gülümsəyərək uğurlu gün arzulayıb.
Qərbi Afrikadan olan Umar Meyqin işlədiyi taksi şirkəti sosial şəbəkədə "sirli Santa" haqqında məlumat dərc edib. Şirkət rəhbərliyi deyib: "Biz istərdik ki, həmin adamı tapıb, ona minnətdarlığımızı bildirək. Meyq bu pula layiq idi. Çünki o, çox gülərüz və mehriban insandır".
Taksi sürücüsü Meyqin həmkarlarının verdiyi məlumata görə, pul onun həyatını heç də dəyişməyib. O, hələ də taksi fəaliyyətini göstərməyə davam edir və qazandığı pulun bir qismini Qərbi Afrikada yaşayan kasıb əhaliyə sərf edəcək.
Nura
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR