• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kişi genləri ilə doğulan qadın dünyaya əkiz uşaqlar gətirdi – FOTOLAR

  • Maraqlı
  • 2 Fevral 2015 10:49
  • 946 Baxış
Kişi genləri ilə doğulan qadın dünyaya əkiz uşaqlar gətirdi – FOTOLAR

Böyük Britaniyada qadın ana bətni olmadan dünyaya övlad gətirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı Holi Haynesə heç zaman ana olmayacağı deyilsə də, o, süni mayalanma yolu ilə əkiz uşaqlar doğub.

Holinin 19 yaşı olarkən həkimlər onun genetik cəhətdən kişi olduğunu bildirərək heç vaxt ana ola bilməyəcəyini deyiblər. Qadın bu xəbərdən depressiyaya düşüb və hətta oğlanlarla görüşə getməkdən belə imtina edib. Çünki androgenin qeyri-həssaslıq sindromundan əziyyət çəkən qız zahirən qadın kimi göründüyünü düşünüb və oğlanlara məsələni necə başa salacağını bilməyib. O deyib: "Heç zaman övladımın olmayacağını deyəndə mən şok keçirdim. Ən böyük qorxum heç zaman ana olmamaq idi. Sanki həyatımın bir hissəsi itmişdi. Özümü natamam qadın kimi hiss etdiyim üçün utanırdım. Mən oğlana necə deyə bilərdim ki, genetik cəhətdən kişiyəm? Bundan sonra heç bir kişi məni istəməzdi".

Lakin Holinin uşaqlıqdan yoldaşlıq etdiyi Sem adlı gənc oğlan onun qəlbini ələ ala bilib. Sevgililər evləniblər. Sem isə həyat yoldaşının müalicə almasında israr edirdi. Müayinə zamanı Holinin bətnində bu vaxta qədər həkimlərin nəzərindən yayınan inkişafdan qalan analıq yolu tapılıb.

Bundan sonra, Holi analığının inkişaf edərək böyüməsi üçün hormonal həblər qəbul etməyə başlayıb. Onlar müalicəyə, demək olar, bütün vəsaitlərini sərf ediblər. Nəticədə, qadın süni mayalandırma prosesi üçün hazırlıq mərhələsinə gətirilib. Həkimlər onun hamilə qalma ehtimalının 60 faiz olduğunu deyiblər.

Həkimlər qadının bətninə iki toxum hüceyrəsi yerləşdirib. Xoşbəxtlikdən, hər iki toxum sağ qalıb və nəticədə Holi əkiz qız uşaqları dünyaya gətirib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR