• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mobil telefondan imtina edən tələbələrə güzəştlər tətbiq olunacaq

  • Maraqlı
  • 5 Fevral 2015 09:44
  • 530 Baxış
Mobil telefondan imtina edən tələbələrə güzəştlər tətbiq olunacaq

Pensilvaniya ştat universiteti tələbələrə mobil telefondan imtina edəcəyi təqdirdə güzəşt və bonuslar təklif edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iki tədris binası ərazisində mobil telefonlardan imtina edən tələbələrə alış-verişdə və digər sahələrdə güzəştlər ediləcək.

Güzəşt əldə etmək üçün lazımı balı toplamaq üçün tələbə universitet ərazisində telefonu söndürməlidir. Qurğu sönülü olduğu halda, tələbə ballar qazanmağa başlayacaq. Telefon 20 dəqiqə sönülü vəziyyətdə qaldıqda tələbə 1 bal qazana biləcək.

Qazanılmış ballara isə tələbə yerli kafedə, kitab mağazasında və digər müəssisələrdə güzəştlər əldə edəcək.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR